
"Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB
"Zirə Broyler" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib.
"Zirə Broyler" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib.
Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, bu il martın 1-də Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon Məhkəməsinə 26 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə "Zirə Broyler" MMC-nin icraçı direktorunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol daxil olub.
Sənədə əsasən, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə görə, "Zirə Broyler" MMC-dən 117 min 208 manat məbləğində əsas borc, 11 min 700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat tutularaq "SOYTEX" MMC-yə ödənilməsi qərara alınıb.
İcra məmuru izahatında bildirib ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu "Zirə Broyler" MMC-dən 129 min 438.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOYTEX" MMC-nin xeyrinə ödənilməlidir.
Qeyd edilən icra sənədi 10 sentyabr 2021-ci ildə icraata daxil olub və müvafiq qaydada icra tədbirlərinə başlanılıb. İcra məmurunun icraata başlama haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildirişi həmin il sentyabrın 17-də borclu şirkətin rəhbərinə təqdim olunub.
Borcluya məxsus bank hesablarına həbs və inkasso sərəncamları göndərilib. Lakin hesabların bağlı və pul vəsaiti aşkar olunmadığından inkasso sərəncamı iki ay bankda saxlanıldıqdan sonra geri qaytarılıb.
Həmçinin "Zirə Broyler" MMC-nin əvvəlki direktoru barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bundan sonra direktor dəyişilərək yeni direktor Fikrət Abtalıb oğlu Pənahlıyev olub.
"Zirə Broyler" MMC-nin hazırki direktoru Fikrət Pənahlıyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət olunub.
Səbail Rayon Məhkəməsinin 2025-ci il 26 sentyabr tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilib və "Zirə Broyler" MMC direktoru Fikrət Abtalıb oğlu Pənahlıyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Yenidən borcluya məxsus bank hesablarına inkasso sərəncamları göndərilib. Lakin hesabların bağlı və pul vəsaiti aşkar olunmadığından inkasso sərəncamı iki ay bankda saxlanıldıqdan sonra geri qaytarılıb.
İcra sənədinin icrasını təmin etmək üçün Zirə Broyler" MMC-nin direktoruna xəbərdarlıq edilməsinə baxmayaraq sənədin icrasından yayınıb.
İcra məmuru məhkəməyə təqdim etdiyi sənəddə "Zirə Broyler" MMC-nin direktorunun barəsindəki Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinin icrasının təmin olunmasını xahiş edib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə "Zirə Broyler" MMC-nin icraçı direktoru İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və 1200 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib.
Qərarın icrası Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə həvalə edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəKülli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı
Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19 950 ədəd metadon "M-40", 50 ədəd "Gelofen 400", 50 ədəd "Tedaphen 400") İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
HadisəMilli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.
HadisəBakıda beş yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb
Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
HadisəKülli miqdarda narkotiki Azərbaycana keçirmək istədilər - FOTO
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 574 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.