Son dəqiqə
İranla müharibədə yaralanan və ölən amerikalı hərbçilərin sayı açıqlandıBakı sakini ağır ailə itkisindən danışdı: "Yoldaşım üçün sanki dünya qaraldı" - VİDEO"Bu gün min ananın oğludur" - Şəhid Sənan Hüseynovun xatirəsi yaşadılır - VİDEORonaldu zədədən sonra keçirdiyi ilk matçda dubl etdiƏfqanıstanda güclü zəlzələ: Ölənlər varTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?
Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?
Kriminal

Milyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?

Bu gün
17:57
0 baxış
Paylaş:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun bir milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun bir milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.

Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Heydərovun aldadılması ilə bağlı iki məşhur iş adamı ittiham edilsə də, indi onlardan biri - "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyev mühakimə olunur.

Gənc biznesmen həbsdə saxlanılır, Bakı Ağır Cinayətlər Məhkəməsinə konvoyun müşayiəti ilə gətirilib.

Müdafiə tərəfini təmsil edən vəkillər prosesdə iştirak etmədikləri üçün bugünkü iclas təxirə salınıb.

Məlumata görə, Tale Heydərov artıq İntiqam Səfərəliyevlə razılıq əldə edib. O, daha əvvəl nümayəndəsi vasitəsilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin həbsdən azad olunmasına etiraz etmədiyini bildirib. Bu barədə notarial qaydada təsdiq edilmiş sənəd də bu gün məhkəməyə təqdim olunub.

Tale Heydərova dəymiş ziyanın ödənilib-ödənilmədiyi və tərəflər arasında razılaşmanın hansı şərtlə əldə olunduğu hələlik məlum deyil. Ona görə ki, nümayəndənin təqdim etdiyi sənəd bu gün elan olunmayıb.

Qeyd edək ki, bu iş üzrə "Azfinance İnvestisiya Şirkəti" QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən "AFB Bank"ın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Tale_Heydərov#Kəmaləddin_Heydərov#İntiqam_Səfərəliyev#Azfinance_İnvestisiya_Şirkəti#12_milyon_manat#məhkəmə_işi#dələduzluq#AFB_Bank#Abid_Mamedov#mənimsəmə_cinayəti#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi

Oxşar Xəbərlər

Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaqKriminal

Dələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaq

Dələduzluqda ittiham olunan lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu gün
17:440
Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTOKriminal

Qohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.

Bu gün
17:220
"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandıKriminal

"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandı

Ali Məhkəmədə "Abzas Media" nəşrinin əməkdaşları Sevinc Vaqifqızı, Hafiz Babalı və digər jurnalistlərin kassasiya şikayətlərinə baxılıb. Şikayətlər rədd edilib və əvvəlki məhkəmə hökmləri qüvvədə saxlanılıb. İş üzrə təfərrüatlar xəbərdə.

Bu gün
16:280
Bakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDUKriminal

Bakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDU

Bakıda dayə xidmət göstərdiyi evdən oğurluq edib.

Bu gün
15:320