Son dəqiqə
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb - FOTO - VİDEOABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEOBakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdiRusiyada sərnişin helikopteri qəzaya uğradı: Yaralılar varBakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıbVüqar Hüseynov vəzifəsindən azad edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Mina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH
Mina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH
Siyasət

Mina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH

Bu gün
17:10
0 baxış
Paylaş:

Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırm

Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq, məzarların yerini göstərmək və qalıqları ailələrə qaytarmaq öhdəliyi daşıyır. Bu öhdəliklərə əməl etməmək beynəlxalq humanitar hüququn pozuntusudur.

Məsələ ilə bağlı Gundem.today-a danışan siyasi şərhçi Zaur İbrahimli bildirib ki, Ermənistan hökumətinə beynəlxalq təzyiqlər artırılmalıdır.

O vurğulayıb ki, iki ölkə arasında hərbi əməliyyatlar başa çatsa da və sülh gündəliyi uğurla irəliləsə də, ölkəmiz üçün mina terroru davam etməkdədir:

"İşğal dövründə həm qondarma rejim, həm də Ermənistan silahlı qüvvələri ərazilərimizi minalayıb. Bir çox hallarda minalanma hərbi məqsədlərdən uzaq olub. Azərbaycanın uğurlu hərbi əməliyyatlarından sonra belə, geri çəkilərkən ərazilərimiz xaotik şəkildə minalanıb. Ermənistan hökumətinin bizə təqdim etdiyi mina xəritələri də yetərincə effektiv deyil. Qeyd olunur ki, həmin mina xəritələrinin təxminən 10 faizi doğrudur. Beynəlxalq birlik də sözügedən məsələni diqqətdə saxlamalıdır. Ermənistan hökuməti məsuliyyətli davranmalıdır. Nəzərə almaq lazımdır ki, ölkələr arasında sülh gündəliyi müzakirə olunur. Beynəlxalq insan hüquqları təşkilatları da Ermənistanı öz məsuliyyətlərini dərk etməyə çağırmalıdır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#mina_terroru#Ermənistan#Azərbaycan#kütləvi_məzarlıq#beynəlxalq_humanitar_hüquq#Cenevrə_Konvensiyası#mina_xəritəsi#itkin_düşmüş_şəxslər#sülh_gündəliyi#ekshumasiya#azad_edilmiş_ərazilər#Zaur_İbrahimli#beynəlxalq_təzyiq#insan_hüquqları

Oxşar Xəbərlər

ABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEOSiyasət

ABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İran münaqişəsi ilə bağlı müzakirə aparılıb.

Bu gün
18:460
Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıbSiyasət

Bakıda Qlobal Cənubun Gənclər Platforması yaradılıb

Qlobal Cənub ölkələrinin Gənclər Platformasının - gənc nəslin dekolonizasiya proseslərində rolunu gücləndirmək üçün nəzərdə tutulan yeni beynəlxalq struktur yaradılıb.

Bu gün
18:360
İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusuSiyasət

İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan axtarışlar, müharibənin bitməsinə baxmayaraq, humanitar fəlakətin hələ də davam etdiyini göstərir. İndiyədək 32 kütləvi məzarlığın aşkarlanması və 877 nəfərə aid insan qalıqlarının ekshumasiyası təkcə faciənin miqyasını deyil, həm də gizlədilən həqiqətlərin dərinliyini ortaya qoyur. Lakin bu rəqəmlər son deyil, yüzlərlə məzarın yeri hələ də naməlum qalır.

Bu gün
18:260
Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO - VİDEOSiyasət

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər.

Bu gün
18:240