Son dəqiqə
Bakı metrosunun bütün stansiyalarına giriş BAĞLANDI - Problem nə vaxt həll olunacaq?Vüqar Gülməmmədovdan büdcə hesabatı: "Ümumi nöqsanın 22.1 faizi səmərəsiz xərclərdir"Ağsuda üç avtomobil toqquşan maşınlara çırpıldı - Hadisə yerindən GÖRÜNTÜLƏRBeyləqanda antisanitar vəziyyətdə olan kafe bağlandı - FOTOSədr: "36 halda büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq" - FOTOSabah 20 dərəcə isti olacaq - 22.04.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Misirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
Misirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
Maraqlı

Misirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi

Bu gün
07:18
0 baxış
Paylaş:

İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.

İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.

Gundem.today xəbər verir ki, bu barədə "Arkeonews" jurnalı xəbər yayıb.

Alimlər qızıl dilli amuletlərə malik mumiyaların və müxtəlif dəfn əşyalarının tapıldığı nekropolu tədqiq ediblər. Tədqiqatçıların bildirdiyinə görə, tapılan fraqment "İliada"nın ikinci kitabına - Troyaya yollanan yunan qüvvələrinin siyahıya alındığı "Gəmilərin kataloqu"na aiddir. Qeyd edək ki, dəfn mərasimi kontekstində belə ədəbi tapıntılara son dərəcə nadir hallarda rast gəlinir.

Misirin Ali Qədim Əsərlər Şurasının baş katibi Hişam əl-Leyti qeyd edib ki, bu kəşf bölgənin elmi cəhətdən öyrənilməsinə yeni çalarlar qatır: "Bu, Oksirinxdəki yerli elitanın yalnız yunan mədəniyyətinin təsiri altında olmadığını, həm də onun ədəbi ənənələri ilə fəal şəkildə qarşılıqlı əlaqədə olduğunu sübut edir".

Alimlər ehtimal edirlər ki, papirusun məqsədyönlü şəkildə mumiyanın içinə yerləşdirilməsi təsadüfi deyil. Bu, ədəbiyyatın axirət həyatı və ya şəxsi kimlik anlayışları ilə əlaqələndirildiyini göstərə bilər. Tapıntının gələcək tədqiqi Roma dövrü Misirində yunan ədəbiyyatının yayılması və təhsil səviyyəsini daha dərindən anlamağa imkan verəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Misir_arxeologiyası#mumiya#Homer#İliada#papirus_fraqmenti#Oksirinx_şəhəri#Roma_dövrü#nekropol#arxeoloji_tapıntı#yunan_ədəbiyyatı

Oxşar Xəbərlər

Rusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldıMaraqlı

Rusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldı

Rusiyalı alimlər dolu yağdıran buludlarla mübarizə üçün xüsusi raket hazırlayıblar.

Bu gün
05:440
Alimlər musiqi və nitqin fərqli beyin mexanizmləri tərəfindən idarə edildiyini sübut etdilərMaraqlı

Alimlər musiqi və nitqin fərqli beyin mexanizmləri tərəfindən idarə edildiyini sübut etdilər

Amsterdam Universitetinin tədqiqatçıları insanın musiqini duymaq bacarığının bioloji əsaslara söykəndiyini və körpələrdə doğulduqdan dərhal sonra müşahidə olunduğunu müəyyən ediblər.

Bu gün
02:480
Kilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJMaraqlı

Kilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJ

XIX əsrdən etibarən rus ailələrinin Azərbaycana köçürülməsi ilə onlar ölkənin müxtəlif bölgələrində məskunlaşıb və bir sıra pravoslav kilsələrinin tikintisinə başlanılıb.

Bu gün
17:320
"İdeyadan asılqana": Geyim dizaynı mərkəzində tədris prosesinin incəlikləri - FOTOREPORTAJMaraqlı

"İdeyadan asılqana": Geyim dizaynı mərkəzində tədris prosesinin incəlikləri - FOTOREPORTAJ

Geyim dizaynı və texnologiyası sahəsində formalaşmış peşəkar tədris mərkəzi 2019-cu ildə fəaliyyətə başlayıb.

Bu gün
11:320