
Kilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi - FOTOREPORTAJ
XIX əsrdən etibarən rus ailələrinin Azərbaycana köçürülməsi ilə onlar ölkənin müxtəlif bölgələrində məskunlaşıb və bir sıra pravoslav kilsələrinin tikintisinə başlanılıb.
XIX əsrdən etibarən rus ailələrinin Azərbaycana köçürülməsi ilə onlar ölkənin müxtəlif bölgələrində məskunlaşıb və bir sıra pravoslav kilsələrinin tikintisinə başlanılıb.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, həmin dini tikililərdən biri də Cəlilabad rayonunun Günəşli kəndində yerləşən və 1890-cı ildə inşa edilən pravoslav kilsəsidir.
Uzun illər kəndin memarlıq simvollarından biri hesab olunan bu ibadətgah yerli pravoslav icmasının dini mərkəzi kimi fəaliyyət göstərib. Lakin sovet hakimiyyəti illərində kilsənin fəaliyyəti dayandırılıb.
Rayon sakinlərinin sözlərinə görə, həmin dövrdə bina öz ilkin təyinatından uzaqlaşdırılaraq silah-sursat anbarı kimi istifadə edilib. Bu gün isə tikili bölgənin tarixi keçmişini yaşadan nadir abidələrdən biri kimi diqqət çəkir.
Cəlilabad rayonunun Günəşli kəndində yerləşən pravoslav kilsəsindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıMisirdə mumiyanın içərisində nadir fraqment aşkar edildi
İspaniya-Misir arxeoloji ekspedisiyası Minya əyalətindəki qədim Oksirinx şəhəri ərazisində maraqlı kəşfə imza atıb. Roma dövrünə aid nekropolda aparılan qazıntılar zamanı mumiyanın içərisində Homerin "İliada"sının mətni olan papirus fraqmenti aşkarlanıb.
MaraqlıRusiya alimlərindən kəşf: Dolu yağmasının qarşısını almağın üsulu tapıldı
Rusiyalı alimlər dolu yağdıran buludlarla mübarizə üçün xüsusi raket hazırlayıblar.
MaraqlıAlimlər musiqi və nitqin fərqli beyin mexanizmləri tərəfindən idarə edildiyini sübut etdilər
Amsterdam Universitetinin tədqiqatçıları insanın musiqini duymaq bacarığının bioloji əsaslara söykəndiyini və körpələrdə doğulduqdan dərhal sonra müşahidə olunduğunu müəyyən ediblər.
Maraqlı"İdeyadan asılqana": Geyim dizaynı mərkəzində tədris prosesinin incəlikləri - FOTOREPORTAJ
Geyim dizaynı və texnologiyası sahəsində formalaşmış peşəkar tədris mərkəzi 2019-cu ildə fəaliyyətə başlayıb.