
Moruğun gizli faydası üzə çıxdı
Çin Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, moruq ekstraktı metabolik qaraciyər yağlanması zamanı orqana dəyən ziyanı və piy toplanmasını azalda bilər.
Çin Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, moruq ekstraktı metabolik qaraciyər yağlanması zamanı orqana dəyən ziyanı və piy toplanmasını azalda bilər.
Gundem.today xəbər verir ki, sözügedən elmi işin nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Təcrübə çərçivəsində alimlər 12 həftə ərzində siçanları yağlı qidalarla bəsləyərək qaraciyər xəstəliyi modeli yaradıblar. Daha sonra gəmiricilərin bir qisminə su əsaslı moruq ekstraktı verilib. Nəticədə sınaq qrupundakı heyvanların qaraciyərində zədələnmə göstəriciləri enib, hüceyrələrdə piy yığılması azalıb və orqanizmdə yağların emalına cavabdeh olan lipid mübadiləsi bərpa edilib.
Mütəxəssislər bu müsbət dinamikanı bağırsaq mikrobiotasına, yəni faydalı bakteriyalar mühitinə göstərilən təsirlə izah edirlər.
Tədqiqat müəllifləri bildiriblər ki, moruq ekstraktı faydalı mikroorqanizmlərin, xüsusilə də "Ileibacterium" növündən olan bakteriyaların miqdarını artırıb. Eyni zamanda, zərərli elementlərin orqanizmə daxil olmasının qarşısını alan bağırsaq səddi möhkəmlənib.
Bununla yanaşı, maddələr mübadiləsində mühüm rol oynayan inozin molekulunun miqdarında artım müşahidə edilib. Laboratoriya şəraitində aparılan analizlər zamanı həmin maddə qaraciyər hüceyrələrində piy toplanmasını, həmçinin toxumaların zədələnməsinə səbəb olan iltihabi prosesləri və oksidləşdirici stresi zəiflədib.
Tədqiqatçıların sözlərinə görə, əldə olunan nəticələr hələlik yalnız klinikadan əvvəlki (heyvanlar üzərində) sınaqlarla məhdudlaşır. Lakin bu, moruğun qaraciyər funksiyasını yaxşılaşdıran qida məhsullarının hazırlanmasında böyük potensiala malik olduğunu sübut edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Böyük Britaniyada ərzaq məhsulları bahalaşacaq
2026-cı ilin noyabrına qədər Böyük Britaniyada ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə 50% artacaq.
DünyaQorxunc tapıntı: Timsahın mədəsindən insan qalıqları və altı cüt ayaqqabı tapıldı
Cənubi Afrika Respublikasının şərqində öldürülən 500 kiloqramlıq timsahın mədəsindən insana aid bədən hissələri çıxarılıb.
DünyaÇexiyada ev heyvanlarının öldürülməsi cinayət hesab ediləcək
Çexiya Nazirlər Kabineti ev heyvanlarının öldürülməsinin inzibati xəta kateqoriyasından çıxarılaraq cinayət məsuliyyəti yaradan əməllər sırasına daxil edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
DünyaMilyarder Lamborgininin "gizli qızı" mirasa bir addım daha yaxınlaşıb
37 yaşlı kosmetoloq Flaviya Borzone italiyalı milyarder Tonino Lamborgininin "gizli qızı" olduğunu iddia edərək miras uğrunda mübarizədə mühüm irəliləyiş əldə edib.