
Moskvanın bütün hava limanları uçuşları dayandırıb?
Moskvanın Şeremetyevo hava limanı təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.
Moskvanın Şeremetyevo hava limanı təyyarələrin qəbulunu və uçuşunu dayandırıb.
Gundem.today xəbər verir ki, bu barədə sözügedən aeroportdan rəsmi məlumat verilib.
Açıqlamada müvəqqəti məhdudiyyətlərin "Xalça" planının elan edilməsi ilə əlaqədar olduğu bildirilib.
"Sərnişinlər təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlərlə əlaqədar reyslərin xidmətində daha uzun gözləmələr mümkündür. Uçuş cədvəlinə düzəlişlər edilə biləcəyi barədə xəbərdarlıq edilib", - deyə açıqlamada bildirilib.
Bundan əvvəl təyyarələrin qəbuluna və göndərilməsinə məhdudiyyətlər Moskvanın digər hava limanlarında - Vnukovo, Domodedovo və Jukovskidə də tətbiq olunub.
Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") tədbirlərin uçuş təhlükəsizliyini təmin etmək üçün görüldüyünü açıqlayıb.
Qeyd olunur ki, "Xalça" planı bütün təyyarələr üçün qapalı səma rejimidir. Qəfil hava dəyişiklikləri və dron hücumları təhlükəsi də daxil olmaqla müxtəlif səbəblərdən tətbiq oluna bilər.
Son məlumatlara görə, Vnukovo və Şeremetyevo hava limanlarında təyyarələrin enişi və qalxışı üçün qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPaşinyanla birlikdə mahnı oxuduğuna görə Makron Fransada tənqid edildi - VİDEO
Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkənin Prezidenti Emmanuel Makronu Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə ictimaiyyət qarşısında mahnı oxuduğuna görə tənqid edib.
Dünyaİranda "İsa Məsih" saxlanıldı
İranın Yəzd əyalətində hüquq-mühafizə orqanları özünü İsa Məsih kimi qələmə verən təriqət qurucusunu saxlayıblar.
DünyaPakistanda QIZMAR İSTİLƏR: Azı 10 nəfər öldü
Pakistanın Kəraçi şəhərində yüksək hava temperaturu azı 10 nəfərin ölümünə səbəb olub.
DünyaÇin istehsalı termoslar təhlükə saçır: ABŞ-də üç nəfər görmə qabiliyyətini itirdi
Birləşmiş Ştatlarda Çin istehsalı olan termoslarda yaranan texniki qüsur üç vətəndaşın görmə qabiliyyətini itirməsinə gətirib çıxarıb. Aşkar edilib ki, müəyyən modellərin qapaqları artan təzyiq nəticəsində qəfil ataraq insanlara ağır xəsarətlər yetirib.