Mövsümi allergiya əlamətlərini azaltmaq üçün səkkiz SADƏ ÜSUL
Cəmiyyət

Mövsümi allergiya əlamətlərini azaltmaq üçün səkkiz SADƏ ÜSUL

İndi
05:02
1 baxış
Paylaş:

Rusiyalı immunoloq Pavel Berejanski mövsümi allergiya əlamətlərini azaltmaq üçün səkkiz sadə və effektiv üsulu açıqlayıb. Bu problemlə mübarizədə əsas məsələ tozcuqlarla təması minimum səviyyəyə endirməkdir.

Rusiyalı immunoloq Pavel Berejanski mövsümi allergiya əlamətlərini azaltmaq üçün səkkiz sadə və effektiv üsulu açıqlayıb. Bu problemlə mübarizədə əsas məsələ tozcuqlarla təması minimum səviyyəyə endirməkdir.

Təmas nə qədər az olarsa, xəstəliyin gedişatı bir o qədər yüngül keçər.

Gundem.today xəbər verir ki, həkim bu barədə "Kp.ru"ya müsahibəsində danışıb.

"Evinizin pəncərələrini bağlı saxlayın. Əgər açıq saxlayırsınızsa, gün ərzində ən azı iki dəfə nəm təmizlik aparmaq lazımdır. Şiddətli allergiyadan əziyyət çəkirsinizsə, küçəyə çıxarkən maska və qoruyucu eynəkdən istifadə edin. Xüsusilə, üzə tam oturan, kənarları qapalı və enli eynəklər daha effektivdir", - deyə ekspert qeyd edib.

Burun boşluğunun selikli qişasını qorumaq məqsədilə mütəxəssis səkkiz saata qədər təsir göstərən və görünməz qoruyucu qat yaradan baryer spreylərdən istifadə etməyi tövsiyə edir.

Həkimin sözlərinə görə, açıq havada gəzmək üçün rütubətli və ya yağışlı havanı seçmək daha məqsədəuyğundur. Səhər və axşam saatlarında, həmçinin küləkli günlərdə havadakı tozcuqların miqdarı pik həddə çatdığı üçün bu vaxtlarda çölə çıxmaq məsləhət görülmür.

Evə daxil olduqda dərhal dəhlizdə üst geyimlərinizi çıxarın və onların otaqlara keçməsinə imkan verməyin. Əgər ev heyvanınız varsa, allergenlərin mənzilə daxil olmasının qarşısını almaq üçün gəzintidən qayıtdıqdan sonra onun yalnız pəncələrini deyil, bütün bədənini təmizləyin.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Allergiya#Sağlamlıq

Oxşar Xəbərlər