
Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Şəkidə arvadını qətlə yetirməkdə təqsirləndirilən Həmid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today APA-ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.
Həmid Əliyevin digər cinayət işi ilə bağlı məhkəmənin təyin etdiyi cəza qismən birləşdirilərək ona yekun olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 228.5-ci (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalGecə yarısı dəhşətli anlar: "Jeep" sürücüsünü qarət edənlərə AĞIR CƏZA istənildi - ANBAAN VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
KriminalBakıda hoteldə iş yoldaşını öldürməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bakıda hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
KriminalAnasını bıçaqlayan oğula HÖKM OXUNDU: "Evə narkomanlar gətirirdilər"
Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib.
KriminalGözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi
Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib.