
NATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmır
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantika Alyansı Təşkilatını həqiqətən tərk edə biləcəyinə şübhə ilə yanaşır.
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantika Alyansı Təşkilatını həqiqətən tərk edə biləcəyinə şübhə ilə yanaşır.
Gundem.today xəbər verir ki, o bu barədə "Welt am Sonntag" nəşrinə müsahibəsində bildirib.
"ABŞ-nin NATO-dan çıxacağını düşünmürəm", - Rütte qeyd edib.
Bununla yanaşı, o, Ağ Ev rəhbəri Donald Trampın bəzi alyans üzvlərinə görə məyus olduğunu inkar etməyib və bu hissi bölüşdüyünü vurğulayıb.
Söhbət zamanı Rütte, həmçinin bildirib ki, hazırda dünyaya daha güclü NATO-nun tərkibində daha güclü Avropa lazımdır. Bu baxımdan, o, Almaniyanın bir çox müttəfiqlərə nümunə olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, D.Tramp əvvəllər Yaxın Şərq məsələsinə görə NATO-dan ona zəng edilərək kömək təklif olunduğunu, ancaq onlara bu məsələdən uzaq durmağı dediyini bildirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə təhlükəli anlar: Yük maşınındakı konteyner havaya uçdu - FOTO - VİDEO
Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda güclü fırtına hərəkət halında olan yük maşınındakı konteyneri uçurub.
DünyaTehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək
İran hələ ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib.
DünyaKüveyt hava məkanı ilə bağlı qərar
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.
DünyaTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.