
NATO Finlandiyada Rusiya ilə müharibəyə hazırlaşır? - Moskva və Helsinkidən sərt xəbərdarlıqlar
Rusiyanın Helsinkidəki (Finlandiya) diplomatik nümayəndəliyinin rəhbəri Pavel Kuznetsov Şimali Atlantika Alyansının (NATO) Finlandiya ərazisində Rusiya Federasiyası ilə ehtimal olunan toqquşmaya hazırlıq gördüyünü bəyan edib.
Rusiyanın Helsinkidəki (Finlandiya) diplomatik nümayəndəliyinin rəhbəri Pavel Kuznetsov Şimali Atlantika Alyansının (NATO) Finlandiya ərazisində Rusiya Federasiyası ilə ehtimal olunan toqquşmaya hazırlıq gördüyünü bəyan edib.
Gundem.today xəbər verir ki,TASS-a müsahibə verən səfir vurğulayıb ki, son vaxtlar Finlandiyada NATO hərbçilərinin cəlb olunduğu təlimlərin həm miqyası böyüyüb, həm də sayı çoxalıb. Bu manevrlər zamanı əsasən Rusiya ilə hərbi qarşıdurma vəziyyətləri sınaqdan keçirilir.
Rusiya dövlət başçısının köməkçisi Nikolay Patruşev isə daha bir iddia ilə çıxış edərək bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Leninqrad vilayətindəki Rusiya limanlarına hücumlarında Finlandiya və Baltikyanı dövlətlər də yer alıb. Onun fikrincə, həmin ölkələrin öz hava məkanlarını bu cür məqsədlər üçün açması NATO-nun Rusiyaya qarşı həyata keçirilən zərbələrdə birbaşa əli olduğunu sübut edir.
Finlandiya Azadlıq Alyansını təmsil edən Armando Mema rəsmi Helsinkinin yürütdüyü siyasəti tənqid edib. O, Ukrayna PUA-larının Finlandiya səmasından keçməsinə şərait yaradılmasını kəskin pisləyib və mövcud siyasi kursun ölkəni hərbi münaqişəyə doğru apardığını diqqətə çatdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVaşinqton Tehrana nə təklif edib? - İran səfirindən açıqlama
İran ABŞ-nin 15 maddəlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər üzərindən Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib.
Dünyaİrana dron və partlayıcı ötürməkdə şübhəli bilinən qadın Los-Anceles hava limanında tutuldu
ABŞ-nin Kaliforniya ştatında hüquq-mühafizə orqanları ölkədə qanuni yaşamaq hüququ olan İran vətəndaşını nəzarətə götürüb. O, İran dövlətinin xeyrinə silah qaçaqmalçılığı təşkil etməkdə şübhəli bilinir.
DünyaYaponiyada güclü zəlzələ: 150 mindən çox insan təxliyə edilir, sunami təhlükəsi var
Yaponiyada 7.5 maqnitudalı zəlzələdən sonra 156 mindən çox əhalinin təxliyə olunması barədə göstəriş verilib.
DünyaBenyamin Netanyahu İsrail Müdafiə Ordusunun əsgərinin hərəkətini PİSLƏDİ
İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun (SAXAL) əsgəri tərəfindən Cənubi Livanda İsa Məsihin heykəlinin sındırılması hadisəsindən dərin sarsıntı keçirdiyini bildirib.