
Nazirin işdən çıxartdığı Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.
Gundem.today Bakupost.az-a istinadla xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.
Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.
Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI
Sabirabad rayonunda "TikTok" sosial şəbəkəsində əxlaqsız ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub.
CəmiyyətQusarda şadlıq sarayının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qusar şəhərində yerləşən "Pəri" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
CəmiyyətŞuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub - FOTO
Nicat Xudiyev Şuşa şəhəri üzrə imam müavini vəzifəsindən Şuşadakı "Yuxarı Gövhər ağa" məscidinə imam müavini vəzifəsinə, Rövşən Məmmədov isə Ağdam rayonunun Xındırıstan kənd məscidindəki imam müavini vəzifəsindən Ağdam şəhərinin "Cümə" məscidinə eyni vəzifəyə təyin ediliblər.
CəmiyyətAzərbaycanda tanınmış həkim ÖLDÜ - FOTO
Terapevt-uroloq Adil Qubadov vəfat edib.