
Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna məruz qalıb
İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzaninin Duhok şəhərində yerləşən iqamətgahına dron hücumu edilib.
İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzaninin Duhok şəhərində yerləşən iqamətgahına dron hücumu edilib.
Gundem.today xəbər verir ki, hadisə ilə bağlı İraqın Baş naziri Mohammed Şia əl-Sudaninin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, baş nazir hücumdan sonra Bərzani ilə telefon danışığı aparıb.
Söhbət zamanı Sudani iqamətgaha edilən hücumu kəskin şəkildə pisləyib və Bərzaninin İraq daxilində milli birliyin və həmrəyliyin gücləndirilməsinə yönəlmiş mövqeyini yüksək qiymətləndirib.
Baş nazir həmçinin hadisənin bütün aspektlərinin araşdırılması, günahkarların müəyyən edilməsi və onlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə federal hökumət və kürd muxtariyyətinin təhlükəsizlik qurumlarının nümayəndələrindən ibarət birgə təhlükəsizlik və texniki qrupun yaradılması barədə göstəriş verib.
Sudani vurğulayıb ki, İraqı regiondakı münaqişələrə cəlb etmək istəyən heç bir qeyri-qanuni, regional və ya beynəlxalq qüvvəyə imkan verilməyəcək. O əlavə edib ki, ölkənin suverenliyi, təhlükəsizliyi və sabitliyinin qorunması üçün bütün imkanlardan istifadə olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-dən Yaxın Şərqə güc nümayişi: "USS Tripoli" adlı desant gəmisi bölgəyə daxil oldu
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, "USS Tripoli" adlı desant gəmisi təxminən 3 500 dənizçi və dəniz piyadası ilə Yaxın Şərqə daxil olub.
Dünyaİran Əbu-Dabidə zavoda zərbələr endirdi: Yaralalılar var
İranın hücumu nəticəsində Əbu-Dabidə "Emirates Global Aluminium" şirkətinə məxsus alüminiuməridici zavod zədələnib.
DünyaABŞ İranın hərbi-dəniz qüvvələrinə məxsus gəmilərini məhv etdi - VİDEO
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi-dəniz qüvvələrinə məxsus gəmiləri məhv edib.
DünyaHakan Fidan Pakistana səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan regional inkişafları müzakirə etmək məqsədilə Pakistana səfər edəcək.