
Neft ucuzlaşmağa başladı
Yaxın Şərqdə münaqişənin həlli istiqamətində irəliləyişlərin olması neft qiymətlərini aşağı salır.
Yaxın Şərqdə münaqişənin həlli istiqamətində irəliləyişlərin olması neft qiymətlərini aşağı salır.
Gundem.today xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:15-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.24 dollar (1.25%) azalaraq bir barel üçün 98.15 dollar təşkil edib. Əvvəlki sessiyada "Brent" markalı neft 4.46 dollar (4.7%) ucuzlaşaraq 99.39 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 1.36 dollar (1,44%) azalaraq bir barel üçün 93.33 dollara düşüb. Bundan əvvəlki sessiyada WTI markalı xam neft 3.40 dollar (3.7%) ucuzlaşaraq 94.69 dollar olmuşdu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKüveyt hava məkanı ilə bağlı qərar
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.
DünyaTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.
DünyaHörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi
İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.