Son dəqiqə
Rusiyadan Zelenskinin danışıqlar üçün Bakı təklifinə REAKSİYA - FOTOGöygöldə 62 yaşlı qadın dəm qazından boğulubSahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" - VİDEORusiyada qar uçqununa düşən turistlərdən daha ikisinin meyiti tapıldıAzərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu - FOTO - VİDEOSomali piratları neftlə dolu "Honour 25" tankerini ələ keçirdilər
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Neftçi" və "Qarabağ"dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT
"Neftçi" və "Qarabağ"dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT
İdman

"Neftçi" və "Qarabağ"dan tarixi derbiöncəsi BİRGƏ BƏYANAT

Bu gün
16:16
0 baxış
Paylaş:

Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.

Misli Premyer Liqasında həm aprelin 26-sı, həm də 30-u üz-üzə gələcək "Neftçi" və "Qarabağ" klubları oyunlardan əvvəl birgə bəyanat yayıblar.

Gundem.today xəbər verir ki, bu barədə klubların sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Bildirilib ki, futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir:

"Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Qarabağ" və "Neftçi" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhvali-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!"

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da start götürəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Neftçi#Qarabağ#Misli_Premyer_Liqası#derbi#Azərbaycan_futbolu#bilet_satışı#azarkeşlər#birgə_bəyanat#futbol_şousu#idman_xəbərləri.

Oxşar Xəbərlər

Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlibİdman

Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın dörd boksçusu yarımfinala vəsiqə əldə edib.

Bu gün
16:060
Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir"İdman

Sərxan Hacıyev: "Əvəzedicilər Liqasının ləğvi gündəmdədir"

"Azərbaycanda Əvəzedicilər Liqasının ləğvi müzakirə mövzusudur".

Bu gün
12:360
Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq? - Özü AÇIQLADIİdman

Joze Mourinyo "Real Madrid"in baş məşqçisi olacaq? - Özü AÇIQLADI

"Benfika"nın baş məşqçisi Joze Mourinyo karyerasının perspektivi ilə bağlı suallara aydınlıq gətirib.

Bu gün
12:240
Avropa çempionatı: Beç güləşçimiz xalçaya çıxırİdman

Avropa çempionatı: Beç güləşçimiz xalçaya çıxır

Bu gün Azərbaycanın daha beş sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Bu gün
11:200