
Netanyahudan tapşırıq: Livanın cənubunda təhlükəsizlik zonası genişləndirilir
İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib.
İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib.
Gundem.today xəbər verir ki, bu barədə o, yayımladığı videomüraciətdə bildirib.
Netanyahunun sözlərinə görə, bu addım sərhədlərin raket hücumlarından qorunması və mümkün hücum təhlükəsinin qarşısının alınması məqsədi daşıyır. O qeyd edib ki, İsrail Müdafiə Ordusu (SAXAL) artıq 150 min raketi məhv edib, lakin "Hizbullah" hələ də İsrailə zərbə endirmək imkanına malikdir.
Qeyd edək ki, martın əvvəlində İsrail Livanda məhdud quru əməliyyatına başladığını elan edib və "Hizbullah" obyektlərinə zərbələr endirib. Məlumata görə, İsrail Litani çayının cənubundakı ərazilərə nəzarəti genişləndirməyi planlaşdırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTehran zərbələr altında: Hərbi obyektlər vuruldu, işıqlar söndü
İsrail Hərbi Hava Qüvvələri Tehran şəhərinə yeni zərbələr dalğasına başlayıb.
DünyaTürkiyədə CHP lideri Özgür Özel barəsində istintaq başladılıb
CHP lideri Özgür Özelin Aydın vilayətinin Kuşadası rayonunda keçirdiyi mitinqdə səsləndirdiyi fikirlərdən sonra barəsində istintaq başladılıb.
Dünyaİran ABŞ-nin mühüm obyektlərinə yeni zərbələr vəd etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi ABŞ obyektlərinə yeni zərbələrin mümkünlüyünü açıqlayıb.
DünyaYaxın Şərqdəki münaqişə neft-qaz qiymətlərinə necə təsir edir? - VİDEO
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb.