
Nevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı
"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir".
"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir".
Gundem.today xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya lenta.ru-ya açıqlamasında bildirib.
Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olaraq dəyişir.
Onun sözlərinə görə, yeni dil öyrənilərkən nitq, yaddaş və diqqətə cavabdeh sahələrdə yeni neyron əlaqələr formalaşır, beyin yarımkürələri arasında əlaqəni təmin edən "korpus kallozum" daha aktiv işləyir.
Q.Çudinskaya qeyd edib ki, insan ana dili ilə xarici dil arasında keçid edərkən beyin mürəkkəb "məşq" həyata keçirir: eyni anda iki söz və səs sistemi, iki fərqli qrammatika saxlanılır, bir dil passivləşdirilir, digəri aktivləşdirilir. Bu proses zamanla diqqətin cəmlənməsi, problemlərin həlli və informasiya axınını filtrasiya etmək bacarığını yaxşılaşdırır.
Beynəlxalq tədqiqatlar göstərir ki, ən azı iki dili sərbəst bilən insanlar demensiya və Altsheymer xəstəliyi ilə orta hesabla 4-5 il daha gec qarşılaşırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBayramdan sonrakı səhər: Xalça festivalı necə "zibil festivalı"na çevrildi? - FOTO
Mayın 1-dən 3-dək Bakıda Beynəlxalq Xalça Festivalı keçirildi. Festivalın keçirildiyi əsas məkan İçərişəhər oldu. Proqram çərçivəsində burada mühazirələrdən tutmuş ulduzların konsertinədək müxtəlif tədbirlər keçirildi.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 04.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətQadınlar ev şəraitində cavanlaşmağın sadə üsulunu tapıblar - FOTO
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar.
CəmiyyətCəriməni ödəmədiyinizə görə həbs oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İnzibati cərimə tətbiq edildikdə şəxs onu qanunla müəyyən edilmiş müddətdə ödəməlidir. Bu cərimə istənilən inzibati xəta üzrə ola bilər və ilkin mərhələdə, sadəcə, ödəniş öhdəliyi yaradır. Lakin bəzi hallarda borclu şəxs öhdəliyini yerinə yetirmir və o zaman icra məmuru borcun ödənilməsi ilə bağlı müddət qoyur. Tələb yerinə yetirilməsə, o zaman həmin şəxs cərimələnə bilər.