
Cəriməni ödəmədiyinizə görə həbs oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
İnzibati cərimə tətbiq edildikdə şəxs onu qanunla müəyyən edilmiş müddətdə ödəməlidir. Bu cərimə istənilən inzibati xəta üzrə ola bilər və ilkin mərhələdə, sadəcə, ödəniş öhdəliyi yaradır. Lakin bəzi hallarda borclu şəxs öhdəliyini yerinə yetirmir və o zaman icra məmuru borcun ödənilməsi ilə bağlı müddət qoyur. Tələb yerinə yetirilməsə, o zaman həmin şəxs cərimələnə bilər.
İnzibati cərimə tətbiq edildikdə şəxs onu qanunla müəyyən edilmiş müddətdə ödəməlidir. Bu cərimə istənilən inzibati xəta üzrə ola bilər və ilkin mərhələdə, sadəcə, ödəniş öhdəliyi yaradır. Lakin bəzi hallarda borclu şəxs öhdəliyini yerinə yetirmir və o zaman icra məmuru borcun ödənilməsi ilə bağlı müddət qoyur. Tələb yerinə yetirilməsə, o zaman həmin şəxs cərimələnə bilər.
Gundem.today-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu icra məmurunun tələbini yerinə yetirməməklə bağlıdır.
Hansı hallarda şəxs cəriməni ödəmədiyinə görə ikinci dəfə cəzalandırıla bilər?
Əgər şəxs cəriməni vaxtında ödəmirsə, məsələ məcburi icra mərhələsinə keçirilə bilər. Bu zaman icra məmuru işə qoşulur və borcluya rəsmi qaydada tələb göndərir. İcra məmuru konkret müddət müəyyən edərək cərimənin ödənilməsini tələb edir. Şəxs bu tələbə əməl edərsə, əlavə məsuliyyət yaranmır. Lakin icra məmurunun qanuni tələbi yerinə yetirilməzsə, artıq yeni hüquqi məsuliyyət meydana çıxır. Bu halda İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi işə düşür. Həmin maddəyə görə, şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə cərimə oluna və ya inzibati həbsə məruz qala bilər.
Bu məsuliyyət ilkin cərimədən fərqlidir və ayrıca pozuntu sayılır. Yəni burada eyni cəriməyə görə ikinci dəfə cəza tətbiq edilmir. Əksinə, icra məmurunun qanuni göstərişlərinə tabe olmamaq ayrıca hüquq pozuntusu kimi qiymətləndirilir. Əgər şəxs bu davranışı təkrar edərsə, daha ağır sanksiyalar tətbiq oluna bilər. Bununla yanaşı, şəxs məhkəmə qərarı çıxarılana qədər borcunu ödəyərsə, inzibati məsuliyyətdən azad oluna bilər. Bu mexanizm məhkəmə qərarlarının icrasını təmin etmək və hüquqi intizamı qorumaq məqsədi daşıyır.
Sözügedən məsələyə görə cərimələr də nəzərdə tutulub.
İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər.
Həmçinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə olunurlar.
İcra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMilli Onkologiya Mərkəzində baş verən partlayış hansı sualları gündəmə gətirdi? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətYaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - VİDEO
Azərbaycanda bazarlarda Asiya istehsalı olan təkərlərin qıtlığı yaranıb. Hətta, bəzi ölçülərdə olan təkərlər belə aylardır ki, tapılmır. Bu da təkər bazarında durğunluğa səbəb olub.
CəmiyyətBakının əvvəllər Kirovun, indi isə Rəsulzadənin adını daşıyan qəsəbəsindən REPORTAJ - VİDEO
Baku TV bir vaxtlar "Kirov qəsəbəsi" adlandırılan, hazırda isə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi olan ərazidən reportaj hazırlayıb. Qəsəbə sakinləri ərazinin hazırkı vəziyyəti və keçmişi barədə fikirlərini bölüşüblər.
CəmiyyətAzərbaycanəsilli kanadalı xoreoqraf: "İstəyirəm səhnədə nəfəsim kəsilsin"
Əslən Cənubi Azərbaycandan olan kanadalı xoreoqraf, ifaçı və pedaqoq Saşar Zərif Bakıdadır. O, 35 ildir ki, rəqsdə əsrlərdən gələn ənənə ilə müasirlik arasında körpü qurmağa çalışır. Tanınmış rəqqasın görkəmli xanəndə Alim Qasımovla Torontodakı İncəsənət Mərkəzindəki uğurlu çıxışından sonra Bakıda Milli Konservatoriyada keçirilən konsertdə muğamın sədaları altında rəqs performansları böyük maraqla qarşılanıb.