
"Novex Group" "InterFood Azerbaijan" 2026 beynəlxalq sərgisində iştirak edir - VİDEO
"Novex Group" "InterFood Azerbaijan" 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə çıxış edir.
"Novex Group" "InterFood Azerbaijan" 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində geniş məhsul portfeli ilə çıxış edir.
"Novex Group" qida sənayesində formalaşdırdığı güclü istehsal bazasını və məhsul müxtəlifliyini nümayiş etdirərək 5 - 8 may tarixlərində Baku Ekspo Mərkəzində keçirilən "InterFood Azerbaijan" 2026 Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir.
Şirkətlər qrupu sərgidə vahid stend çərçivəsində istehsal gücünü, məhsul keyfiyyətini və bazaryönümlü yanaşmasını təqdim edir. "Novex Group"un tərkibinə daxil olan Qəbələ Konserv Zavodu, Lənkəran Konserv Zavodu, Quba Konserv Zavodu və ATS Food şirkəti tərəfindən istehsal olunan məhsullar sərgidə geniş şəkildə nümayiş olunur.
Bu müəssisələrdə "Jalə", "Natura", "Zolotoy sad", "Frutiva", "Mia", "I"m tea", "Bağdan" markalarının təbii meyvə şirələri, kompotları, mürəbbə və turşuları, "Çörəkçi", "Bismak" və "Mr.Pekar" markalarının isə un və çörək məmulatları, şirniyyat məhsulları, peçenye, kreker və digər un əsaslı məhsullar istehsal edilir. "Novex Group"un fəaliyyətində daxili distribusiya sistemi strateji rol oynayır. Qrupun distribusiya şirkəti olan "Mars Overseas" vasitəsilə məhsullar ölkə üzrə geniş şəkildə paylanır, eyni zamanda iri pərakəndə satış şəbəkələri ilə qurulmuş əməkdaşlıq məhsulların istehlakçılara davamlı və əlçatan şəkildə çatdırılmasını təmin edir. İxrac fəaliyyəti də "Novex Group"un inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət məhsullarını artıq MDB ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya regionlarına, həmçinin Amerikaya ixrac edir və beynəlxalq bazarlarda iştirakını mərhələli şəkildə genişləndirir. Bu istiqamətdə əsas prioritetlər məhsul keyfiyyətinin qorunması, yeni bazarlara çıxış və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır. "Novex Group" istehsal prosesində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına xüsusi önəm verir. Şirkətin müəssisələrində tətbiq olunan FSSC 22000 ("Food Safety System Certification 22000") qida təhlükəsizliyi idarəetmə sistemi məhsulların bütün istehsal zənciri boyunca təhlükəsizliyini təmin edir. Bu sertifikat beynəlxalq tələblərə uyğun olaraq qurulmuş sistemləri əhatə edir və qlobal bazarlarda etibarlılığı artıran əsas göstəricilərdən biri hesab olunur. "Novex Group"un "InterFood Azerbaijan" sərgisində iştirakı şirkətin yalnız məhsul istehsalçısı kimi deyil, eyni zamanda beynəlxalq standartlara uyğun fəaliyyət göstərən güclü qida sənayesi iştirakçısı kimi mövqeyini bir daha təsdiqləyir və bu platforma çərçivəsində qurulan yeni əlaqələr şirkətin gələcək inkişaf mərhələsinə töhfə verir.
Qeyd edək ki, "InterFood Azerbaijan" regionun ən böyük qida sənayesi tədbirlərindən biri hesab olunur və hər il yüzlərlə yerli və beynəlxalq şirkəti bir araya gətirir. Bu il sərgidə 45 ölkədən 447 şirkətin iştirakı təsdiqlənmişdir və tədbir qida sənayesinin müxtəlif sahələrini əhatə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirir
Daha çox addımla, daha çox internet qazan!
Digərİctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik "Birbank"da
Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq "Birbank"lılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər.
DigərZiyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.
Digər"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri - "GITEX AI 2026"da iştirak edib.