
PSJ-nin final sevinci şəhəri qarışdırdı: Yüzlərlə saxlanılan var - VİDEO
Parisdə PSJ klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra iğtişaşlar baş verib.
Parisdə PSJ klubunun UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra iğtişaşlar baş verib.
Gundem.today "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Fransa polisi 127 nəfəri saxlayıb, onlardan 107-si paytaxt Parisdə tutulub.
PSJ yarımfinalın cavab oyununda səfərdə "Bavariya" ilə 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə görə (6:5) Paris təmsilçisi finala yüksəlib. Oyun bitdikdən sonra azarkeşlər "Parc des Princes" stadionu ətrafında toplaşaraq komandanın uğurunu qeyd ediblər.
Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Loran Nunez isə hadisələrə münasibət bildirib:
"Bu cür iğtişaşları qınayıram. Təəssüf ki, bu, PSJ-nin qələbə gecələrində artıq adi hal alır. 11 yaralı qeydə alınıb, onlardan biri pirotexniki vasitənin istifadəsi nəticəsində ağır xəsarət alıb. Polis əməkdaşlarından isə 23-ü yüngül xəsarət alıb."
Qeyd edək ki, PSJ finalda Londonun "Arsenal" klubu ilə qarşılaşacaq. Matç 30 mayda Macarıstanın paytaxtı Budapeştdə, "Puskas Arena" stadionunda keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanZəfərə gedən yol özü ilə oyundan keçir: Almaniya necə öz rəqibinə çevrildi? - VİDEO
Futbol bəzən sadəcə meydanda top qovmaq deyil, tarixin ən ağrılı səhifələrinin yaşıl meydandakı inikasıdır.
İdman"CBC Sport" Çempionlar Liqasının oyununu yayımlamamağının SƏBƏBİNİ AÇIQLADI
"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Bavariya" - PSJ matçının yayımında yaranan problemə görə bəyanat yayıb.
İdmanÇempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarı
İngiltərənin "Arsenal" klubu bu yay baş məşqçisi Mikel Artetaya yeni müqavilə təklif edəcək.
İdmanFIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU - FOTO
"Neftçi"nin üzləşdiyi transfer qadağasına səbəb olan futbolçunun adı məlum olub.