
Nyu-Yorkda Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası başlayıb
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası Manhettendə federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə başlayıb.
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası Manhettendə federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə başlayıb.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hakim söz hüququnu Maduronun vəkili Barri Pollaka verib. O, hüquqi xidmətlərin ödənişi ilə bağlı müdafiə tərəfinin mövqeyini açıqlayıb.
"Təqsirləndirilən şəxslər təkcə səriştəli vəkilə deyil, həm də öz seçdikləri vəkilə sahib olmaq və bunun üçün qanuni vəsaitlərdən istifadə etmək hüququna malikdirlər. Onların müdafiə xərclərini ödəmək üçün öz vəsaitlərindən istifadə etməklə bağlı mütləq hüquqları var", - deyə Pollak bildirib.
Onun sözlərinə görə, Maduro və həyat yoldaşı hüquqi xidmətləri müstəqil şəkildə ödəyə bilmədiklərini bildiriblər və müdafiələrinin Venesuela hökuməti tərəfindən maliyyələşdirilməsi hüququnda israr edirlər.
Qeyd edək ki, Maduro narkoterrorizm və narkotik qaçaqmalçılığı ittihamları ilə ABŞ-da mühakimə olunur və təqsirini qəbul etmir.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "Venesuela prezidenti postuna namizədliyimi irəli sürə bilərəm"
ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə səlahiyyət müddəti başa çatdıqdan sonra Venesuela prezidenti postuna namizədliyini irəli sürə biləcəyini zarafatla bildirib.
DünyaTramp: "İran ABŞ-yə səkkiz neft tankeri verməyə razılaşıb"
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Tehran xoş niyyət jesti olaraq Vaşinqtona səkkiz neft tankerini təhvil verməyə söz verib.
DünyaMalayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verildi
Malayziyanın Baş naziri Anvar İbrahim bildirib ki, İran, Misir, Türkiyə və regionun digər ölkələrinin liderləri ilə danışıqlar aparıb və artıq Malayziya gəmilərinə Hörmüz boğazından keçməyə icazə verilib.
DünyaZelenski Səudiyyə Ərəbistanına gedib - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına gedib.