
Tramp: "İran ABŞ-yə səkkiz neft tankeri verməyə razılaşıb"
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Tehran xoş niyyət jesti olaraq Vaşinqtona səkkiz neft tankerini təhvil verməyə söz verib.
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, Tehran xoş niyyət jesti olaraq Vaşinqtona səkkiz neft tankerini təhvil verməyə söz verib.
Gundem.today xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Onlar dedilər ki, ciddi olduqlarını göstərmək üçün təmaslar çərçivəsində sizə neftlə dolu səkkiz gəmini, səkkiz böyük neft tankerini almağa imkan verəcəyik. Bu, iki gün əvvəl baş verib", - ABŞ lideri qeyd edib.
"Məncə, onlar Pakistan bayrağı altında üzür", - deyə ABŞ administrasiyasının rəhbəri sözügedən neft tankerləri barədə əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrana qarşı müharibə bəzi ölkələrdə MRT cihazlarının çatışmazlığına səbəb ola bilər
Yaxın Şərqdə artan gərginlik dünya helium tədarükünün təxminən üçdə birini pozub və bu, MRT aparatlarının işinə təsir göstərə bilər.
DünyaTürkiyə XİN: Qara dənizdə tankerə hücum beynəlxalq hüququ pozur
Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə "Altura" tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçiliyə ciddi təhdid kimi qiymətləndirib.
DünyaTramp: "Venesuela prezidenti postuna namizədliyimi irəli sürə bilərəm"
ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə səlahiyyət müddəti başa çatdıqdan sonra Venesuela prezidenti postuna namizədliyini irəli sürə biləcəyini zarafatla bildirib.
DünyaNyu-Yorkda Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası başlayıb
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ilə bağlı iş üzrə ikinci məhkəmə iclası Manhettendə federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə başlayıb.