Son dəqiqə
"AzInTelecom" IV Vergi və Mühasibatlıq Zirvəsində - FOTO - VİDEOPentaqon İranla bağlı planlaşdırılan mətbuat konfransını ləğv edibMustafa Ceceli, Bengü, Simge Sağ və İbrahim Çelikkolla bağlı SAXLANILMA QƏRARI verildi"Brent" markalı neftin qiyməti 110 dolları keçdiAzərbaycanda unun SON QİYMƏTİ - FOTO34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Oğlunu güllələyən ata məhkəmə qərarından narazıdır
Oğlunu güllələyən ata məhkəmə qərarından narazıdır
Kriminal

Oğlunu güllələyən ata məhkəmə qərarından narazıdır

Bu gün
10:12
0 baxış
Paylaş:

Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Astara rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ağaşir Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, müraciət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, Ağaşir Hüseynov 31 iyul 2020-ci ildə saat 17 radələrində Astara rayonun Vaqo kəndində ailə məişət zəminində aralarında soyuq münasibətlər olan oğlu Turalın arvadı Fərzanə ilə mübahisə etdiyini eşidib. Ağaşir oğluna arvadı ilə dava etməsinə görə iradını bildirib.

Tural isə iradı qəbul etmək əvəzinə, atasına kobudluq edib, nalayiq şəkildə cavab qaytarıb.

Bundan əsəbiləşən Ağaşir evdə olan babasından miras qalmış ov tüfəngi ilə Turalın sol bud nahiyəsinə iki dəfə atəş açıb, ona xəsarət yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağaşir Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror protest verib, Ağaşirin cəzasının ağırlaşdırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili isə apelyasiya şikayəti verib və müvəkkilinin barəsində şərti cəza təyin olunmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və təqsirləndirilən şəxsin vəkilinin şikayəti təmin edilməyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Ali_Məhkəmə#Lənkəran_Ağır_Cinayətlər_Məhkəməsi#Qəsdən_adam_öldürmə#Nalayiq_ifadələr

Oxşar Xəbərlər

Rüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdiKriminal

Rüşvətə görə tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edilən Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.

Bu gün
18:042
Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİKriminal

Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ

Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
17:500
Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldıKriminal

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı

Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu gün
16:560
Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydüKriminal

Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü

Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bu gün
15:160