
"Ölümündən qabaq bu sözləri deyib: "Belimi bir də oğlum sındırdı, bir də Məmmədbağır" - VİDEO
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Əməkdar artist, müğənni Zöhrə Abdullayevaya həsr olunub.
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Əməkdar artist, müğənni Zöhrə Abdullayevaya həsr olunub.
Sənətkarın yaxınları bildiriblər ki, oğlunun vəfatı onun həyatında dönüş nöqtəsi olub.
Müğənni Məmmədbağır Bağırzadənin oğlu Rəhim Bağırzadə mərhum sənətkarın yaşadığı ağrını belə xatırlayıb:
"Ölümündən qabaq bu sözləri deyib: "Belimi bir də oğlum sındırdı, bir də Məmmədbağır".
Yaxınlarının sözlərinə görə, Zöhrə Abdullayeva oğluna son dərəcə bağlı bir ana idi və bu ağır itki onun səhhətinə ciddi təsir göstərib.
Müğənni İzzət Bağırov isə sənətkarın yaşadığı mənəvi sarsıntını belə ifadə edib:
"Övlad itkisinə qalib gələ bilmədi, güc gələ bilmədi".
Əməkdar artist Ruhəngiz Musəvi də Zöhrə Abdullayevanın bu itki qarşısında göstərdiyi dözümü xatırlayaraq deyib:
"Demişdi ki, onun yerində başqası olsa, çoxdan havalanmışdı. Amma görürsünüz, Allah qoruyub".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQarabağda həyat qaynayır: Azad edilən torpaqlardan əsrarəngiz görüntülər - VİDEO
Qışın uzun sükutundan sonra Ağdərəyə yaz gəlib. Yazın gəlişi ilə isə təbiət oyanır deyirlər. Buludların arasında bir gizlənib, bir görünən günəş isə qayıdışın isti nəfəsini hiss etdirir.
CəmiyyətZəngin təbiəti, qədim tarixi ilə seçilən kəndin sakini: "100 min də versələr, Bakıda yaşamaram" - VİDEO
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Tovuz rayonunun Əsrik Cırdaxan kəndinə səfər edilib.
CəmiyyətPrezident təqaüdçüsü prestijli London İmperial Kollecinə qəbul olunub
Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
CəmiyyətSosial şəbəkələrdə trend davranışlar fərdiliyə necə təsir edir? - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.