
Oman sultanı və İran XİN rəhbəri arasında KRİTİK GÖRÜŞ: Əraqçının növbəti dayanacağı Rusiya olacaq
Oman Sultanı Heytəm bin Tariq Al Səid və İranın xarici işlər naziri Abbas Əraqçı paytaxt Maskatda danışıqlar aparıblar.
Oman Sultanı Heytəm bin Tariq Al Səid və İranın xarici işlər naziri Abbas Əraqçı paytaxt Maskatda danışıqlar aparıblar.
Gundem.today "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, görüşün əsas mövzusu ABŞ və İsraillə İran arasındakı münaqişənin dayandırılmasına yönəlmiş vasitəçilik səyləri olub.
Tərəflər, həmçinin regiondakı mövcud vəziyyətin inkişafını müzakirə ediblər. Telekanal xatırladır ki, Oman hazırkı münaqişənin həllində vasitəçi rolunu oynayır, eyni zamanda sultanlığın ərazisindəki obyektlər də bir neçə dəfə hücuma məruz qalıb.
IRNA agentliyinin yaydığı məlumata görə, A.Əraqçı Omandakı danışıqlardan sonra Pakistana qayıtmağı, oradan isə Rusiyaya yollanmağı planlaşdırır. İlkin məlumatlarda nazirin Omandan birbaşa Rusiyaya gedəcəyi ehtimal olunurdu.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Malinin müdafiə naziri öldürülüb
Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.
Dünyaİsrail qırıcıları "Hizbullah"ın obyektlərini bombalayıblar
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanın cənubundakı Nəbatiyə əyalətində "Hizbullah" təşkilatının hərbi obyektlərinə raket zərbələri endirib.
DünyaTramp atışma zamanı həyat yoldaşının dediyi sözləri açıqlayıb
ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən atışma anında birinci xanım Melaniya Trampın necə reaksiya verdiyini açıqlayıb.
DünyaHakan Fidan amerikalı vasitəçilərlə İran üzrə danışıqları müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmiləri, eləcə də iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib.