
Ombudsmanın nümayəndələri Suriyadan gətirilən repatriantlarla görüşüblər
Aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış beş nəfər (iki qadın və üç uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Aprelin 21-də Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış beş nəfər (iki qadın və üç uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.
Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAvropa-Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunub
Azərbaycanın rəhbərliyi ilə Budapeştdə SOCEA təşkilatının yüksəksəviyyəli iclası baş tutub. Avropa və Asiya ölkələrinin aeronaviqasiya xidməti rəhbərləri uçuşların təhlükəsizliyini, idarəetmə yanaşmalarını və koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.
CəmiyyətSabah 18 dərəcə isti olacaq - 25.04.2026
Azərbaycanda aprelin 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
CəmiyyətDİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər
Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq.
CəmiyyətQaxda mindən çox abonentin qazı kəsilib
Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi,Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.