Son dəqiqə
Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTODİM taksi sürücüləri üçün imtahan keçirəcəkNATO təlimlərində paraşütlə atılan milyonluq hərbi maşın MƏHV OLDU - VİDEOKür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildiUcarda vəhşi heyvan sakinlərə hücum edib: Xəsarət alanlar var - FOTO"Şofer Əhməd"in DOĞUM GÜNÜDÜR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər
DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər
Cəmiyyət

DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər

Bu gün
12:04
0 baxış
Paylaş:

Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq.

Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Gundem.today-a verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

Meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürətləri səbəbindən səma boyunca uzun və parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı "Eta Aquarid" adlandırılır.

"Eta Aquarid" meteor yağışının mənbəyi Günəş sisteminin ən məşhur periodik kometalarından biri olan Halley kometası ilə bağlıdır. Halley kometası qədim dövrlərdən müşahidə olunsa da, onun periodik təbiəti ilk dəfə Edmond Halley tərəfindən müəyyən edilib. O, 1682-ci ildə müşahidə etdiyi kometasının 1531 və 1607-ci illərdə qeydə alınmış kometa ilə təxminən 76 illik dövrə malik eyni obyekt olduğunu hesablayıb. 1758-ci ildə kometanın yenidən görünməsi bu hesablamanı təsdiqləyib və kometa onun şərəfinə adlandırılıb. Günəşə yaxınlaşma zamanı kometanın səthindəki buz və toz maddələri sublimasiya edir və orbital trayektoriya boyunca geniş və uzun iz buraxır. Yer bu izlə ildə iki dəfə qarşılaşır və nəticədə may ayında "Eta Aquarid", oktyabr ayında isə "Orionid" meteor yağışları müşahidə olunur.

Bakı şəhərindən "Eta Aquarid" meteor yağışının müşahidəsi mümkündür, lakin bəzi məhdudiyyətlər mövcuddur. Şimal yarımkürəsində yerləşdiyinə görə meteorların radiant nöqtəsi üfüqdən çox yüksək qalxmır. Bunun üçün də müşahidə olunan meteorların sayı Cənub yarımkürəsi ilə müqayisədə daha az olur. Buna baxmayaraq, əlverişli hava şəraitində və şəhər işıq çirklənməsindən uzaq ərazilərdə səhərə yaxın saatlarda (saat 02:16-dan 05:01-ə qədər) müşahidə aparmaqla saatda 10-20 meteor görmək mümkündür. Xüsusilə Abşeron yarımadasından kənar, daha qaranlıq səma şəraitinə malik ərazilər müşahidə üçün əlverişli hesab olunur.

"Eta Aquarid" meteor yağışı yalnız estetik baxımdan deyil, həm də elmi tədqiqatlar üçün mühüm əhəmiyyətə malikdir. Meteorların spektral müşahidələri onların kimyəvi tərkibini müəyyən etməyə imkan verir, bu məlumatlar kometa materialının ilkin xüsusiyyətlərinin öyrənilməsi üçün istifadə olunur. Meteorların Yer atmosferinə daxil olması zamanı baş verən ionlaşma və enerji ötürülməsi prosesləri yüksək enerjili hissəciklərin atmosferlə qarşılıqlı təsir mexanizmlərini araşdırmağa imkan yaradır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#eta_aquarid#meteor_yağışı#halley_kometi#astronomiya#astrofizika#ulduz_axını#səma_hadisəsi#bakıda_meteor#kosmos#orionid.

Oxşar Xəbərlər

DİM taksi sürücüləri üçün imtahan keçirəcəkCəmiyyət

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün mayın 19-da növbəti imtahan keçiriləcək.

Bu gün
13:120
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildiCəmiyyət

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi

Aprel 23-də Azərbaycan Respublikası baş nazirinin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.

Bu gün
13:070
Azərbaycanda magistral kanalın yenilənməsi üçün 13.5 milyon manat xərclənəcəkCəmiyyət

Azərbaycanda magistral kanalın yenilənməsi üçün 13.5 milyon manat xərclənəcək

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Qaracuq magistral kanalının yenidən qurulması üçün tender elan edib.

Bu gün
12:440
Avropa-Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunubCəmiyyət

Avropa-Asiya hava məkanında uçuşların koordinasiyası Budapeştdə müzakirə olunub

Azərbaycanın rəhbərliyi ilə Budapeştdə SOCEA təşkilatının yüksəksəviyyəli iclası baş tutub. Avropa və Asiya ölkələrinin aeronaviqasiya xidməti rəhbərləri uçuşların təhlükəsizliyini, idarəetmə yanaşmalarını və koordinasiyanın gücləndirilməsini müzakirə ediblər.

Bu gün
12:350