
Ordubadda qaya uçdu, yolda hərəkət çətinləşdi - FOTO
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu baş verib.
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu baş verib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, intensiv yağışlar nəticəsində Ordubadın Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya uçqunu olub.
Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, yol kənarındakı infrastruktura ziyan dəyib.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi dərhal əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində yolun bir hissəsi nəqliyyat vasitələri üçün açılıb, digər hissəsinin təmizlənməsi üçün işlər aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib
Bu ilin ilk rübündə xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu aşkarlanıb.
CəmiyyətDeputatdan BAHALAŞMA AÇIQLAMASI: Ən çox hansı məhsulların qiyməti artıb? - FOTO
"Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək inflyasiya müşahidə olunub: 6.8 faiz. 2026-cı ilin mart ayında isə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6.5 faiz artıb".
CəmiyyətAydın Hüseyinliyə Bakı Metropolitenində yüksək vəzifə verildi - FOTO
"Bakı Metropoliteni" QSC-də şöbə rəisi Nəriman Mantaşev vəzifəsindən azad edilib.
CəmiyyətDSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb
Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.