
Panama kanalı üzərindəki körpünün yaxınlığında partlayış: Bir nəfər öldü, yaralananlar var - VİDEO
Panama kanalı üzərində yerləşən körpünün alt hissəsində üç yanacaqdaşıyan avtomobil alovlanıb.
Panama kanalı üzərində yerləşən körpünün alt hissəsində üç yanacaqdaşıyan avtomobil alovlanıb.
Gundem.today-ın məlumatına görə, hadisə barədə yerli yanğından mühafizə xidməti "Instagram" sosial şəbəkəsindəki rəsmi hesabında xəbər verib.
Bildirilib ki, hadisə zamanı bir nəfər həlak olub, daha bir neçə şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən şəxsin şirkət işçisi olduğu ehtimal edilir. Məlumata görə o, yanğın zonasında mühasirədə qalaraq oradan çıxa bilməyib və onun həyatını xilas etmək mümkün olmayıb. Xəsarət alan bir neçə nəfərin həyatı üçün təhlükənin olmadığı bildirilir - zərərçəkmişlər tibbi müayinə üçün xəstəxanalara yerləşdiriliblər. Yanacaq müəssisəsinin əməkdaşları isə yüngül xəsarətlərlə xilas olublar.
Bildirilib ki, yanacağın partlamasının ardınca alov yaxınlıqda olan yanacaqdaşıyan yük maşınlarına keçib. Alovun daha geniş əraziyə yayılma riskini nəzərə alaraq hadisə yerinə əlavə yanğınsöndürən briqadalar cəlb edilib. Panama kanalı üzərindəki körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Rəsmilər əhaliyə hadisə baş verən bölgədən uzaq durmağı və təcili xidmət avtomobillərinin hərəkətinə maneçilik yaratmamağı tövsiyə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail Livanda keçirilən əməliyyatın görüntülərini yaydı - VİDEO
İsrail ordusu (SAXAL) Livanın cənubunda həyata keçirdiyi əməliyyatın görüntülərini yayıb.
Dünyaİranın mülki infrastrukturuna zərbələr təxirə salına bilər - Trampın şərti nədir?
ABŞ Prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna zərbə planını təxirə sala bilər.
DünyaVyetnamın yeni prezidenti seçildi
Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin baş katibi To Lamı 2026-2031-ci illər üzrə ölkə prezidenti vəzifəsinə seçib.
Dünyaİran İsrailin cənubunu hədəfə aldı
İran ordusu İsrail ərazisini hədəf alan ballistik raketlərin yeni dalğasını buraxıb.