
Papua-Yeni Qvineyada fəlakət: 10 nəfər həlak oldu
Papua-Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Papua-Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 10 nəfər həyatını itirib.
Gundem.today-ın xəbərinə görə, bu barədə "New Zealand" radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkənin əsas ərazisindən şimal-şərqdə, Yeni Britaniya adasında yerləşən Şərqi Yeni Britaniya əyalətində qeydə alınıb. Davamlı şiddətli leysan və daşqınların ardınca Qazel kəndini torpaq qatı basıb.
Dağıntılar altında hələ də insanların ola biləcəyi vurğulanır, bu səbəbdən də qurbanların sayının artacağı istisna olunmur. Hazırda xilasetmə xidmətləri hadisə yerində fəaliyyətlərini davam etdirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaZelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"
Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.
DünyaPakistan ordusunun baş komandanı Tehrandadır - FOTO
Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ və İran arasındakı diplomatik prosesdə vasitəçi qismində Tehranda səfərdə olarkən, İran parlamentin sədri Məhəmməd Baqir Qalibafla bir araya gəlib.
DünyaLivan iqtisadiyyatı çökmək riski ilə üz-üzədir
İsrail və "Hizbullah" qruplaşması arasında respublika ərazisindəki hərbi toqquşmalar yaya qədər davam edərsə, Livan iqtisadiyyatı fəlakətlə üzləşmək riski daşıyır.
DünyaAvropanın müdafiə xərclərinin idarə edilməsi uğrunda MÜBARİZƏ BAŞLAYIB
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) Avropada artmaqda olan müdafiə xərclərinə rəhbərlik etmək hüququ uğrunda mübarizə aparır.