
Kanada aviaşirkətləri uçuşları ləğv etməyə başlayıb
Kanada aviaşirkətləri ABŞ və İsrailin İranla münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması səbəbindən uçuşları ləğv etməyə başlayıb.
Kanada aviaşirkətləri ABŞ və İsrailin İranla münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması səbəbindən uçuşları ləğv etməyə başlayıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib.
Bildirilib ki, "Air Transat" şirkəti may ayından oktyabr ayına qədər əsasən Avropa və Karib regionu ölkələrinə uçuşların təxminən 6% azaldığını elan edib. Bu tədbir min aviareysi əhatə edəcək.
"WestJet" aviadaşıyıcısı aprel ayında reyslərin 1%-ni, may ayında 3%-ni, iyun ayında isə 6%-ni ləğv edəcək.
"Air Canada" şirkəti artıq iqtisadi cəhətdən əsaslandırılmayan 6 Şimali Amerika marşrutunun dayandırıldığını elan edib. Azalma bütün reyslərin təxminən 1%-ni əhatə edəcək.
Eyni zamanda bu sahənin mütəxəssisləri qeyd edirlər ki, Avropa ölkələri ilə müqayisədə Kanadada vəziyyət o qədər də acınacaqlı deyil. Çünki daxili uçuşlar üçün aviasiya yanacağının 85%-i yerli neft emalı zavodları tərəfindən istehsal olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin"
ABŞ Dövlət Departamenti İran hava məkanının qismən yenidən açılmasından sonra ABŞ vətəndaşlarına o ölkəni tərk etməyi tövsiyə edib.
DünyaHörmüz boğazında gərginlik artır: Tramp ABŞ donanmasına əmr verdi - FOTO
"ABŞ Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazı ərazisində sulara mina buraxan hər bir gəmini, ölçüsündən asılı olmayaraq, dərhal vurub məhv etmək barədə tapşırıq vermişəm".
DünyaDağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT - VİDEO
Sel fəlakətlərinin ardınca Dağıstanda Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyində, həmçinin "Daqmeliovodxoz" İdarəsində (Federal Dövlət Büdcə Müəssisəsi) yoxlamalar həyata keçirilib.
DünyaDünyanın ən iri suveren fondu milyardlarla dollar itirdi
2.1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu (GPFG) 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.