
Paşinyan Azərbaycanla sərhədin növbəti delimitasiyasının anonsunu verdi
"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər".
"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər".
Gundem.today xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Bakı və İrəvan indiyədək 12 kilometrlik ərazidə delimitasiya işlərini həyata keçirib və həmin zonada artıq erməni sərhədçiləri xidmət aparırlar.
"Biz qarşıdan gələn dövrdə, əlbəttə ki, bu prosesi davam etdirəcək və məntiqi çərçivədə başa çatdıracağıq", - deyə hökumət rəhbəri bildirib.
Baş nazirin sözlərinə görə, gündəlikdə, həmçinin Gürcüstanla da sərhədlərin delimitasiyası prosesinin yekunlaşdırılması dayanır və bu barədə gürcü tərəfi ilə razılaşma mövcuddur. Paşinyan əlavə edib ki, delimitasiya və demarkasiya nəticəsində hərbçilər döyüş mövqelərində deyil, daimi dislokasiya yerlərində xidmət edəcəklər.
"Onilliklər ərzində onlar səngərlərdə və mövqelərdə xidmət aparırlar ki, burada da bizə məlum səbəblərdən şərait heç də yaxşı deyil", - deyə o bildirib.
Paşinyan, həmçinin bildirib ki, sərhəddəki güclü istehkamlar və müdafiə qurğuları gələcəkdə sərhəd qoşunlarının nəzarətinə veriləcək. Lakin bu, yalnız Azərbaycanla tam sülh şəraitində baş tutacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə azərbaycanlı qadın yaşadığı evdə ölü tapıldı - FOTO
Türkiyənin Iğdır bölgəsində azərbaycanəsilli qadın yaşadığı evdə ölü tapılıb.
DünyaMertsdən Brüsselə sərt ultimatum: Almaniya Aİ-yə qarşı çıxır?
Almaniyanın Kansleri Fridrix Mertsin başçılıq etdiyi siyasi alyansın Avropa İttifaqına (Aİ) xüsusi ultimatum təqdim etməyə hazırlaşdığı üzə çıxıb.
Dünya"Hizbullah" İsraillə birbaşa danışıqlardan və tərksilahdan imtina etdi
"Hizbullah" İsraillə birbaşa danışıqlar ehtimalını tamamilə rədd edir və tərk-silah məsələsini müzakirə etmək niyyətində deyil.
Dünyaİngiltərə millisinin futbolçusu Cek Qriliş barda sərxoş halda yuxuya gedib - VİDEO
"Everton" klubunun və İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Mançester şəhərindəki barların birinin damında yuxuya getmiş halda görüntülənib.