
Mertsdən Brüsselə sərt ultimatum: Almaniya Aİ-yə qarşı çıxır?
Almaniyanın Kansleri Fridrix Mertsin başçılıq etdiyi siyasi alyansın Avropa İttifaqına (Aİ) xüsusi ultimatum təqdim etməyə hazırlaşdığı üzə çıxıb.
Almaniyanın Kansleri Fridrix Mertsin başçılıq etdiyi siyasi alyansın Avropa İttifaqına (Aİ) xüsusi ultimatum təqdim etməyə hazırlaşdığı üzə çıxıb.
Gundem.today xəbər verir ki, bu barədə "Politico" nəşrində geniş məqalə dərc olunub.
Məqalədə bildirilir ki, Fridrix Mertsin lideri olduğu Almaniya Xristian Demokrat İttifaqını (CDU) təmsil edən siyasətçilər biznes fəaliyyətinin tənzimlənməsi qaydaları ilə əlaqədar Ursula fon der Lyayenə konkret şərtlər irəli sürmək niyyətindədirlər.
Məlumata əsasən, alman mühafizəkarları Lyayenə ciddi xəbərdarlıq ünvanlayaraq, Brüssel tərəfindən yaradılan bürokratik əngəllərin və yoxlama mexanizmlərinin yüngülləşdirilməsini istəyəcəklər. Əgər bu baş tutmazsa, Avropa Komissiyasının (AK) səlahiyyət çərçivəsini daraltmaq üçün fəal kampaniyaya start veriləcəyi vurğulanır.
Bundan başqa, məqalədə aprelin 27-də Berlində baş tutacaq mühafizəkar qüvvələrin toplantısına Ursula fon der Lyayenin də qatılacağının gözlənildiyi bildirilir. Həmin görüşdə siyasi blokun Almaniya iqtisadiyyatını ləngidən sərt Aİ normalarının yumşaldılması istiqamətindəki addımların tezləşdirilməsini tələb edəcəyi diqqətə çatdırılır.
Eyni zamanda, "Politico" yazır ki, parlament fraksiyasının hazırladığı strateji sənəd layihəsinə Avropa Komissiyasına yönəlmiş 27 maddəlik tələbnamə daxil edilib. İrəli sürülən təşəbbüslərdən biri, Aİ-nin icra aparatının yeni qəbul ediləcək qərarlara veto qoymaq səlahiyyətinə malik olan müstəqil yoxlama orqanının tabeçiliyinə verilməsidir. Başqa bir təklif isə Avropa qurumlarının səlahiyyətlərinin ixtisara salınmasını və işçi heyətinin sayının azaldılmasını nəzərdə tutur.
Almaniyalı millət vəkillərinin fikrincə, Avropa Komissiyasının indiyədək həyata keçirdiyi tədbirlər istər çeviklik, istərsə də əhatə dairəsi baxımından yetərli hesab olunmur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada fövqəladə iclas keçiriləcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrandakı müharibənin krallıqda yaratdığı iqtisadi təsirləri ilə bağlı aprelin 28-də "Kobra" fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.
DünyaMalidə matəm elan edildi
Mali hakimiyyəti ölkənin müdafiə naziri Sadio Kamaranın terroristlərin hücumları nəticəsində həlak olmasından sonra ikigünlük matəm elan edib.
DünyaTramp miqrantların kabusuna çevrilən qurumun adını "Gözəl" qoymaq istəyir
Donald Tramp ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) xidmətinin adının daha "müsbət" səslənən adla dəyişdirilməsinə tərəfdar çıxıb.
DünyaPolşada milyonlarla saxta avro hazırlayan böyük şəbəkə ifşa olundu - FOTO
Polşada 360 milyon avro dəyərində saxta banknotların istehsalının qarşısı alınıb.