Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi
Dünya

Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi

İndi
15:46
1 baxış
Paylaş:

Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində üç ölkə vətəndaşına rəsmi ittiham elan edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində üç ölkə vətəndaşına rəsmi ittiham elan edilib.

Gundem.today xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Kima Avdalyan ictimaiyyətlə bölüşüb.

"D.M. barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və dövlət məmurunun qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olma maddələri ilə cinayət təqibinə başlanılıb. M.M.-yə isə xuliqanlığa dəstək və vəzifəli şəxsin fəaliyyətinə müdaxiləyə dəstək, G. G. barəsində isə xuliqanlığı təşkil etmə və vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmağı təşkil etmə ittihamı ilə iş açılıb", - deyə o, "Facebook" hesabında yazıb.

Qeyd edək ki, mart ayının 29-da Ermənistanın Daxili İşlər Nazirliyi İrəvan şəhərində yerləşən Müqəddəs Anna kilsəsindəki bazar günü ibadətindən sonra üç nəfərin polis tərəfindən saxlanıldığını elan etmişdi. Həmin hadisə hökumət rəhbərinə qarşı təxribatın qeydə alındığı ərazidə cərəyan edib. Belə ki, bir vətəndaş kilsənin binasını tərk edən zaman Nikol Paşinyana fiziki hücum etməyə çalışıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Nikol_Paşinyan#Ermənistan_baş_naziri#hücum_cəhdi#cinayət_işi#İrəvan#Müqəddəs_Anna_kilsəsi#İstintaq_Komitəsi#xuliqanlıq#polis#saxlanılanlar

Oxşar Xəbərlər