
Hindistanda məbəddə izdiham: Ölənlər var - VIDEO
Hindistanın Bihar Şərif şəhərində məbəddə izdiham baş verib. Nəticədə ən azı 8 qadın həyatını itirib, 6 nəfər yaralanıb.
Hindistanın Bihar Şərif şəhərində məbəddə izdiham baş verib. Nəticədə ən azı 8 qadın həyatını itirib, 6 nəfər yaralanıb.
Gundem.today-ın xəbərinə görə, bu barədə "Times of India" nəşri məlumat verir.
Hadisə Şitala Mata məbədinin yaxınlığında baş verib. Ərazidə çox sayda insan toplaşıb.
Məbədin yaxınlığındakı meydanda müəyyən səs yayılmağa başlayıb ki, bu da təşvişə və izdiham arasında basabasa səbəb olub. İnsanlar qəfildən irəliyə doğru qaçıblar, bir neçə nəfər yıxılıb və tapdalanıb.
Yaralılar xəstəxanaya aparılıb və müalicə altına alınıblar.
Yerli sakinlər, eləcə də polis və inzibati orqanlar xilasetmə əməliyyatları aparıb və zərərçəkənlərin təxliyəsinə kömək ediblər. Həmçinin qeyd edilir ki, hökumət zərərgörmüş şəxslərin ailələrinə bütün mümkün yardımı göstərir.
Biharın Baş naziri Nitiş Kumar insanların ölümü ilə bağlı başsağlığı verib və insidenti "son dərəcə faciəli hadisə" adlandırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiyada neft-kimya zavodunda partlayış baş verib: Üç ölü, 50-dən çox yaralı var - VİDEO
Şərqi Avropa regionunun ən böyük neft-kimya müəssisələrindən sayılan və Rusiyanın Tatarıstan Respublikasında yerləşən "Nijnekamskneftexim" zavodunda yanğınla müşayiət olunan partlayış qeydə alınıb.
DünyaƏraqçı: "İran Türkiyəyə atılan raketlərlə bağlı birgə araşdırmaya hazırdır"
"Rəsmi Tehran Türkiyəyə doğru İran raketlərinin atılması ilə bağlı Ankara ilə birlikdə araşdırma aparmağa hazırdır".
Dünyaİranda casus qalmaqalı böyüyür: Təbrizdə 10 nəfər saxlanıldı
İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşən Təbriz şəhərində Amerika Birləşmiş Ştatları və İsraillə gizli əlaqələrdə şübhəli bilinən 10 şəxs həbs edilib.
DünyaG7-nin Yaxın Şərq böhranına cavabı: Yalnız bəyanat və gözləmə
"Böyük Yeddilik" (G7) dövlətləri Yaxın Şərqdə baş verən böhranlı vəziyyəti sadəcə müşahidə etmək və gözləmək məcburiyyətində qalıblar.