Son dəqiqə
News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib""Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı - VİDEOKaya Kallas ABŞ-nin sürprizindən danışdıIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!Polkovnikin oğlunu qətlə yetirən şəxs: "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"Bakıda çövkən üzrə dünya çempionatı: Bütün iştirakçılar məlum oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Paşinyanı devirmək və Azərbaycanla müqavilələri pozmaq planı: Okampoya qol-qanad verənlər kimlərdir?
Paşinyanı devirmək və Azərbaycanla müqavilələri pozmaq planı: Okampoya qol-qanad verənlər kimlərdir?
Siyasət

Paşinyanı devirmək və Azərbaycanla müqavilələri pozmaq planı: Okampoya qol-qanad verənlər kimlərdir?

30 aprel 2026
13:40
0 baxış
Paylaş:

Keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo və oğlunun iştirakı ilə yayılan qalmaqallı videolar Avropa institutlarındakı gizli planları ortaya çıxararaq yeni müzakirə dalğası yaradıb.

Keçmiş beynəlxalq prokuror Luis Moreno Okampo və oğlunun iştirakı ilə yayılan qalmaqallı videolar Avropa institutlarındakı gizli planları ortaya çıxararaq yeni müzakirə dalğası yaradıb.

Vacib regionlarda "sərf etməyən" şəxsləri hakimiyyətdən kənarlaşdırmaq, müəyyən təzyiq rıçaqlarını işə salmaq üçün lobbiçiliyin işə salındığı açıq-aşkar görünür. Ermənistanın baş naziri Nikol Paşinyanın "devrilməsi", eləcə də Avropa Komissiyasına təzyiq göstərməklə Azərbaycanla bağlanmış sazişlərin ləğvinə nail olmaq cəhdləri, Aİ-nin keçmiş rəsmisi Jozep Borrel, AK-nın prezidenti Ursula fon der Lyayen kimi yüksəkçinli siyasətçilərin adlarının çəkildiyi video Avropa strukturlarının məxfi planları ilə birlikdə qurumun çürüklüyünü də ortaya qoyur.

Siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu mövzu ilə bağlı Gundem.today-a danışıb.

"Luis Moreno Okamponun səsləndirdiyi fikirlər Avropa siyasətinin və orada fəaliyyət göstərən lobbiçilik şəbəkələrinin daxili mahiyyətinin ifşası kimi qiymətləndirilməlidir. Bu, Avropada müəyyən lobbi qruplarının necə sistemli şəkildə fəaliyyət göstərdiyini və bəzi hallarda siyasi proseslərə birbaşa müdaxilə etdiyini açıq şəkildə ortaya qoyur.

Avropadakı bəzi siyasətçiləri və Avropa Parlamentinin ayrı-ayrı üzvlərini öz təsir alətinə çevirərək elə bir həddə çatırlar ki, artıq başqa bir ölkənin baş nazirinin hakimiyyətdə qalıb-qalmaması məsələsinə belə təsir göstərməyə cəhd edirlər. Bu, açıq şəkildə məsuliyyətsizlik və siyasi anarxiyanın göstəricisidir".

H.Babaoğlu vurğulayıb ki, bu proseslər erməni lobbisinin öz məqsədlərinə çatmaq üçün qeyri-hüquqi və qeyri-qanuni strukturlarla əməkdaşlıq etməyə hazır olduğunu da nümayiş etdirir:

"Bu isə artıq təkcə siyasi deyil, həm də hüquqi müstəvidə ciddi suallar doğuran məqamdır. Bu məqamlar Avropa Parlamentində son dövrlər üzə çıxan korrupsiya qalmaqalları fonunda proseslərin miqyasını və arxa planda gedən mexanizmlərin dərinliyini daha aydın göstərir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Nikol_Paşinyan#Avropa_Parlamenti#Luis_Moreno_Okampo

Oxşar Xəbərlər

News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"Siyasət

News.ru: "İlham Əliyev Avropa Parlamentini Bakı ilə İrəvan arasında sülh prosesini sabotajda ittiham edib"

Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin toplantısında çıxışı zamanı avropalı deputatların Bakı ilə İrəvan arasında yekun razılaşmaların əldə edilməsinə mane olduqlarını bildirib.

Bu gün
14:040
"Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı - VİDEOSiyasət

"Haber Global" İlham Əliyevin İrəvandakı tədbirdə çıxışı ilə bağlı süjet hazırladı - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib.

Bu gün
14:030
Paşinyan: "2022-ci ildə Azərbaycan prezidenti ilə oyunun gedişini dəyişən qərar qəbul etdik"Siyasət

Paşinyan: "2022-ci ildə Azərbaycan prezidenti ilə oyunun gedişini dəyişən qərar qəbul etdik"

"Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının sabiq rəhbəri Şarl Mişelin təşəbbüsü ilə 2022-ci ildə Praqada keçirilən "Avropa Siyasi Birliyi"nin 1-ci Zirvə toplantısı çərçivəsində Ermənistan baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil edildi. Məhz orada Azərbaycan Prezidenti İlham Əliyev və mən oyunun gedişini dəyişən qərar qəbul etdik".

Bu gün
13:400
Azərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"Siyasət

Azərbaycan Prezidenti: "Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur"

"2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatizmə son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 30 il kağız üzərində qalan 4 qətnaməsini biz özümüz həyata keçirdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi".

Bu gün
13:110