
Kaya Kallas ABŞ-nin sürprizindən danışdı
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin beş min hərbçini Almaniyadan çıxarmaq qərarının Aİ üçün sürpriz olduğunu bəyan edib.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin beş min hərbçini Almaniyadan çıxarmaq qərarının Aİ üçün sürpriz olduğunu bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"ABŞ-nin qərarı (hərbçilərin çıxarılması barədə - red.) bizim üçün tam sürpriz oldu. Bu, yalnız NATO-da Avropa komponentinin gücləndirilməsinin vacibliyini artırır", - deyə o bildirib.
Mayın 4-də Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ABŞ-nin öz qoşunlarının bir hissəsini Almaniyadan çıxarmaq qərarını şərh etməkdən imtina edib.
Siyasətçi bildirib ki, hərbi təhlükəsizlik mövzusu Avropa Siyasi Birliyinin sammitində enerji təhlükəsizliyindən sonra ikinci məsələ olacaq.
Fon der Lyayen vurğulayıb ki, Aİ-nin müdafiə və təhlükəsizlikdə daha çox müstəqilliyə ehtiyacı var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin Hörmüz boğazında saxladığı İran gəmisi Pakistana təhvil verildi
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
DünyaGünəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər
Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.
Dünyaİranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.
DünyaABŞ Hörmüz boğazındakı əməliyyatının detallarını açıqladı
Hörmüz boğazında ilişib qalan tankerlərə kömək etmək üçün planlaşdırılan "Azadlıq layihəsi" əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması tərəfindən gəmilərin müşayiətini nəzərdə tutmur.