
Paytaxt sakinlərinə sevindirici xəbər - VİDEO
Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.
Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.
Gundem.today "Baku TV"yə istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Bakı sakinlərinin və qonaqlarının tez-tez istifadə etdiyi İslam Səfərli küçəsini əhatə edir.
Küçənin piyadayönümlü formata keçirilməsi məqsədilə aparılan quruculuq işləri demək olar ki, yekunlaşıb. Küçə boyu mövcud olan kommunikasiya xətləri yenilənib, beton örtük salınıb. Yaşıllıqlar üçün xüsusi sahələr ayrılıb. Eyni zamanda küçənin hər iki tərəfində skamyalar quraşdırılıb.
Ən önəmli məqamlardan biri də odur ki, bu küçə şəhərin iki vacib məkanını - Qış parkı ilə Fəvvarələr meydanını bir-birinə birləşdirir. Şəhərin qonaqları və sakinləri bu küçədən istifadə etməklə rahat şəkildə Qış parkından Fəvvarələr meydanına keçə biləcəklər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir - VİDEO
Bir ailənin 7 üzvü evsiz qalıb. Nə kirayə pulu ödənilir, nə də kompensasiya verilir...
CəmiyyətXətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEO
Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.
CəmiyyətSuraxanının bəzi ərazilərində işıq olmayacaq
Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
CəmiyyətMəşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO
Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.