
Paytaxtda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə YAXALANDI - ANBAAN GÖRÜNTÜ
Paytaxtda 42 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
Paytaxtda 42 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar. Onlardan 42 kiloqram 235 qram həcmində tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə əsasən gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.
Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.
KriminalTaleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.
KriminalVüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTO
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.
KriminalDayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.