Son dəqiqə
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTONaxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilibGözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏRSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRARƏfsanəvi məşqçi Mirça Luçesku son mənzilə yola salındıKollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var
Dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var
Kriminal

Dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var

Bu gün
15:32
0 baxış
Paylaş:

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Gundem.today xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən əməliyyatçı şahid qismində ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsi saxlayanda üzərində narkotik vasitə aşkarlayıblar.

Daha sonra sənədlərin tədqiqinə başlanılıb.

Prosesdə istintaqın yekunlaşdırılması elan edildikdən sonra çıxış üçün prokurora söz verilsə də, o, buna görə məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Elgün Həsənli

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#bakı_ağır_cinayətlər_məhkəməsi#qəsdən_adam_öldürmə#rəhim_qasımov#firdovsi_həsənov#xətai_rayonu_qətl#cinayət_işi#narkotik_vasitə#məhkəmə_istintaqı

Oxşar Xəbərlər

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRARKriminal

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.

Bu gün
17:240
Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRARKriminal

Taleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR

Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.

Bu gün
16:440
Vüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTOKriminal

Vüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTO

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.

Bu gün
16:300
"Oğlum uşaqları gətirdi ki, Aysel xəstədir" - Arvadını boğaraq öldürən şəxsin atası məhkəmədə danışıbKriminal

"Oğlum uşaqları gətirdi ki, Aysel xəstədir" - Arvadını boğaraq öldürən şəxsin atası məhkəmədə danışıb

Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bu gün
15:120