
Paytaxtda qorxulu vəziyyət: Evlər hər an dağıla bilər - VİDEO
Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.
Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər. Torpaq sürüşdüyü üçün yol çöküb, hasarda isə iri çatlar əmələ gəlib.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, təxminən 10 mənzil sakininin təhlükəli vəziyyətdə yaşadığı ünvan paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Badamdar yolu, ev 15B və 5D-dir.
Şikayətçilərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən əraziyə baxış da keçirilib. Lakin sakinlərin gedəcək başqa yerləri olmadığından onlar həmin evlərdə yaşamağa davam edirlər.
Həmçinin bildirilib ki, qeyd olunan hal ilk dəfə baş vermir. Bu günə qədər yaranan qəzalı vəziyyətlə bağlı sakinlər özləri müəyyən tədbirlər görüblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyidən bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilib, vəziyyətlə bağlı akt tərtib olunub və aktın bir nüsxəsi aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, torpaq sürüşməsi ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciətlər edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQərbi Azərbaycan Xronikası: "Nənəm danışırdı ki, ermənilər bizə topdan atəş açırdılar" - VİDEO
Baku TV-də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
CəmiyyətAzərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO
Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.
CəmiyyətKartla ödəniş edənlərə pis xəbər: Keşbek dövrü bitir? - VİDEO
Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.
CəmiyyətKartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO
Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir.