Son dəqiqə
"AzInTelecom" IV Vergi və Mühasibatlıq Zirvəsində - FOTO - VİDEOPentaqon İranla bağlı planlaşdırılan mətbuat konfransını ləğv edibMustafa Ceceli, Bengü, Simge Sağ və İbrahim Çelikkolla bağlı SAXLANILMA QƏRARI verildi"Brent" markalı neftin qiyməti 110 dolları keçdiAzərbaycanda unun SON QİYMƏTİ - FOTO34 yaşlı kişi bıçaqlandı - Dayısı SAXLANILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pentaqon İranla bağlı planlaşdırılan mətbuat konfransını ləğv edib
Pentaqon İranla bağlı planlaşdırılan mətbuat konfransını ləğv edib
Dünya

Pentaqon İranla bağlı planlaşdırılan mətbuat konfransını ləğv edib

Bu gün
10:52
0 baxış
Paylaş:

ABŞ Müdafiə Nazirliyi aprelin 7-də, çərşənbə axşamı keçirilməsi planlaşdırılan mətbuat konfransını təxirə salıb.

ABŞ Müdafiə Nazirliyi aprelin 7-də, çərşənbə axşamı keçirilməsi planlaşdırılan mətbuat konfransını təxirə salıb.

Gundem.today-ın "The Hill" nəşrinə istinadla verdiyi məlumata görə, məhz həmin gün ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı məsələsi üzrə İrana irəli sürdüyü ultimatumun vaxtı bitir.

Nəşrin məlumatına əsasən, ABŞ-nin hərb naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin İrana qarşı aparılan hərbi əməliyyatın gedişatına həsr olunmuş mətbuat konfransının yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 16:00-da) başlaması nəzərdə tutulmuşdu. Tədbirin ləğv edilmə səbəbləri isə açıqlanmır. Qeyd edək ki, bundan əvvəl Tramp İranın 48 saat ərzində razılaşma əldə etməyəcəyi və Hörmüz boğazını açmayacağı təqdirdə, onun "cəhənnəmlə üzləşəcəyini" bəyan etmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pentaqon#Donald_Tramp#İran#Hörmüz_boğazı#mətbuat_konfransı_ləğv_edildi#hərbi_əməliyyat#ABŞ_Müdafiə_Nazirliyi#Pit_Heqset#Den_Keyn#ultimatum

Oxşar Xəbərlər

"Brent" markalı neftin qiyməti 110 dolları keçdiDünya

"Brent" markalı neftin qiyməti 110 dolları keçdi

Dünya bazarında neft bahalaşmaqda davam edir.

Bu gün
10:440
İsrail Livanda keçirilən əməliyyatın görüntülərini yaydı - VİDEODünya

İsrail Livanda keçirilən əməliyyatın görüntülərini yaydı - VİDEO

İsrail ordusu (SAXAL) Livanın cənubunda həyata keçirdiyi əməliyyatın görüntülərini yayıb.

Bu gün
10:281
İranın mülki infrastrukturuna zərbələr təxirə salına bilər - Trampın şərti nədir?Dünya

İranın mülki infrastrukturuna zərbələr təxirə salına bilər - Trampın şərti nədir?

ABŞ Prezidenti Donald Tramp İranın mülki və enerji infrastrukturuna zərbə planını təxirə sala bilər.

Bu gün
10:040
Vyetnamın yeni prezidenti seçildiDünya

Vyetnamın yeni prezidenti seçildi

Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin baş katibi To Lamı 2026-2031-ci illər üzrə ölkə prezidenti vəzifəsinə seçib.

Bu gün
09:260