
Pentaqon rəhbəri: "Müctəba Xamenei əlil vəziyyətdədir"
ABŞ-nin hərb naziri Pit Heqset İranın ali lideri Müctəba Xameneinin mövcud durumu ilə bağlı açıqlama verib.
ABŞ-nin hərb naziri Pit Heqset İranın ali lideri Müctəba Xameneinin mövcud durumu ilə bağlı açıqlama verib.
Gundem.today xəbər verir ki, bu barədə Pentaqon rəhbəri aprelin 8-də təşkil olunan mətbuat konfransında danışıb. O, İrana edilən aviazərbələr zamanı Müctəba Xameneinin xəsarətlər aldığını deyib. Nazir həmçinin əlavə edib ki, Xamenei əlil vəziyyətinə düşüb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İran gəmilərin Hörmüz boğazından keçidini dayandırdı
İran İsrailin Livana zərbələri səbəbindən gəmilərin Hörmüz boğazından keçidini müvəqqəti dayandırıb.
DünyaSəudiyyə Ərəbistanının əsas ixrac neft kəməri dron hücumuna məruz qalıb
Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət kəsb edən, ölkənin şərqi ilə qərbini birləşdirən və nefti sonradan ixrac etmək üçün Fars körfəzindən Qırmızı dənizə nəql edən neft kəməri dron hücumuna məruz qalıb.
DünyaRusiyada məhkəmə polisə rüşvət verən jurnalisti həbsdə saxladı
Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi rüşvət verməkdə təqsirləndirilən Ura.ru saytının sabiq redaktoru Denis Allayarovun barəsindəki həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb. Məhkəmə onun ev dustaqlağına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
DünyaYunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.