Son dəqiqə
Avtobus sürücüsünü yumruqla vuran şəxs saxlanıldı - VİDEOTramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"Pit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"Ərdoğan və Tramp ABŞ-İran atəşkəsini müzakirə ediblərZamirə Ədilova vəzifəsindən ayrıldıAzərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı: Pakistanın vasitəçiliyi təqdir olundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Yunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir
Yunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir
Dünya

Yunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir

Bu gün
18:28
0 baxış
Paylaş:

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.

Gundem.today-ın məlumatına görə, bu xəbəri "Ekatimerini" nəşri yayıb.

Bildirilib ki, Yunanıstan uşaq və yeniyetmələrin sosial platformalara girişini məhdudlaşdıran ilk dövlətlər sırasındadır.

Hökumət başçısının sözlərinə görə, müvafiq qanun layihəsi 2026-cı ilin yayında təsdiqlənəcək və 2027-ci ilin ilk günündən icraya yönəldiləcək:

"Bilirəm ki, yeniyetmələrin əksəriyyəti mənə qəzəblənəcək. Mən də sizin yaşda olsaydım, yəqin ki, oxşar hisslər keçirərdim, lakin bizim əsas işimiz sadəcə sevimli olmaq deyil".

Nazirlər Kabinetinin rəhbəri onu da vurğulayıb ki, rəsmi Afina Avropa İttifaqını da analoji addımlar atmağa təşviq edəcək.

Məlumat üçün bildirək ki, oxşar layihə cari ilin yanvarında Fransa Milli Assambleyası tərəfindən də bəyənilib. Həmçinin 2024-cü ilin noyabrında Avstraliya 16 yaşdan kiçik istifadəçilərin sosial şəbəkələrə girişini qadağan edən və yaş məhdudiyyəti tətbiq edən qanun qəbul edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Fransa#Avropa_İttifaqı_(Aİ)#Sosial_şəbəkələr#Yunanıstan

Oxşar Xəbərlər

Tramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"Dünya

Tramp: "ABŞ və İran Hörmüzdən keçidə görə birgə ödəniş ala bilərlər"

ABŞ Prezidenti Donald Tramp bütün gəmilərin Hörmüz boğazından keçidinə görə ödənişin alınması üçün ABŞ-İran birgə müəssisəsinin yaradılmasını mümkün hesab edib.

Bu gün
20:080
Pit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"Dünya

Pit Heqset: "ABŞ az qüvvə ilə dünyanın ən böyük ordularından birini məğlub edib"

"İranın ABŞ Hərbi Dəniz Qüvvələrinin "Abraham Lincoln" aviadaşıyıcısına buraxdığı raketlər və pilotsuz uçuş aparatları (PUA) hədəflərinə çata bilməyib.

Bu gün
19:540
Ərdoğan və Tramp ABŞ-İran atəşkəsini müzakirə ediblərDünya

Ərdoğan və Tramp ABŞ-İran atəşkəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığında İranla əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasını alqışlayıb.

Bu gün
19:400
SEPAH atəşkəsin pozulduğunu və İranda İsrail dronunun vurulduğunu bəyan etdiDünya

SEPAH atəşkəsin pozulduğunu və İranda İsrail dronunun vurulduğunu bəyan etdi

İranın Fars əyalətinin Lar şəhərinin səmasında "Hermes 900" pilotsuz uçuş aparatı məhv edilib.

Bu gün
19:300