Son dəqiqə
Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR - FOTO"Yuventus" və "Arsenal"ın keçmiş futbolçusu qəzada həlak olduTramp: "İsrail və Livan atəşkəs barədə razılığa gəliblər"Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaqTramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər
Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər
Dünya

Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər

Bu gün
10:44
0 baxış
Paylaş:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonu hərbi bazaların yaxınlığında ehtimal olunan yadplanetli fəaliyyəti və uçan naməlum obyektlər (UNO) barədə həqiqətləri ört-basdır etməkdə təqsirləndirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonu hərbi bazaların yaxınlığında ehtimal olunan yadplanetli fəaliyyəti və uçan naməlum obyektlər (UNO) barədə həqiqətləri ört-basdır etməkdə təqsirləndirib.

Gundem.today xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Parlamentarinin sözlərinə görə, hərbi idarə aprelin 14-dək UNO-ların əks olunduğu 50-yə yaxın videonu ictimaiyyətə təqdim etməli idi. O vurğulayıb ki, ayın əvvəlində qurumun rəhbəri Pit Heqsetə sözügedən kadrların yayımlanması üçün birbaşa göstəriş verib. Lakin Pentaqon bu tələbə məhəl qoymayıb.

"Görünür, kimsə məktubu aidiyyəti orqana sadəcə olaraq çatdırmayıb", - deyə Luna qeyd edib.

O, ABŞ prezidentinin məxfi materialların dərc olunmasına icazə verdiyini, lakin hərbi idarənin buna heç bir reaksiya vermədiyini diqqətə çatdırıb.

Məqalədə bildirilir ki, Pentaqonun arxivindəki onlarla video UNO tədqiqatçıları və yadplanetlilərlə əlaqə nəzəriyyəsini dəstəkləyənlər üçün "müqəddəs Qraal" hesab olunur. Həmin kadrlarda Şərqi Çin və Əfqanıstan dənizlərinin, eləcə də Fars körfəzi akvatoriyalarının üzərində səmada çox sayda naməlum uçan obyektin qeydə alındığı hesab edilir.

Luna amerikalıların hərbi idarədən UNO-larla bağlı məlumatların məxfiliyinin ləğv edilməsini istədiklərini vurğulayıb. O, həmçinin əlavə edib ki, Pentaqonla Konqres arasında şəffaflığın olmaması səbəbindən ölkənin milli təhlükəsizliyi təhdid altındadır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pentaqon#UNO#Anna_Paulina_Luna#ABŞ_Konqresi#yadplanetlilər#məxfi_videolar#milli_təhlükəsizlik#Pit_Heqset#naməlum_uçan_obyektlər

Oxşar Xəbərlər

Tramp: "İsrail və Livan atəşkəs barədə razılığa gəliblər"Dünya

Tramp: "İsrail və Livan atəşkəs barədə razılığa gəliblər"

"İsrail və Livan atəşkəs barədə razılığa gəliblər".

Bu gün
20:060
Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildiribDünya

Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib

Livanın Prezidenti Cozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib.

Bu gün
19:580
Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEODünya

Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEO

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb 20 nəfəri də də yaralayan İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.

Bu gün
19:120
ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"Dünya

ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"

"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".

Bu gün
18:340