
Pərvin Quliyevaya vəzifə verildi - FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.
Gundem.today xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Bu təyinata qədər Pərvin Quliyeva 2021-2023-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, 2023-2024-cü illərdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, 2024-2026-cı illərdə Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - ÖZƏL
"Yeni Klinika"nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad edilib.
CəmiyyətSumqayıt Şəhər İcra Hakimiyyəti 1 milyon manatlıq gül alır
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin park və xiyabanlarında yaşıllıqların salınması məqsədilə ağac, bitki və güllərin alınması üçün tender elan edib.
CəmiyyətYasamalda yolda ağır qəzaya düşənlərin VƏZİYYƏTİ AÇIQLANDI
Ötən gün paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
CəmiyyətRəşad Abbasova Xankəndidə vəzifə verildi
Fövqəladə Hallar Nazirliyinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinə rəis əvəzi olunub.