Pezeşkian vəziyyətin normallaşması üçün yeganə yolu açıqlayıb
Dünya

Pezeşkian vəziyyətin normallaşması üçün yeganə yolu açıqlayıb

İndi
21:48
1 baxış
Paylaş:

"İrana qarşı aqressiyanın tam dayandırılması vəziyyətin normallaşması üçün yeganə həll yoludur".

"İrana qarşı aqressiyanın tam dayandırılması vəziyyətin normallaşması üçün yeganə həll yoludur".

Gundem.today TASS-a istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Aİ Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığı zamanı deyib.

"Vəziyyətin normallaşması üçün yeganə yol ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır. Biz heç bir mərhələdə gərginlik və müharibə istəməmişik və müəyyən şərtlər, xüsusilə də aqressiyanın təkrarlanmayacağına dair zəruri təminatlar olduğu halda bu müharibəni başa çatdırmaq iradəsinə malikik", - Pezeşkian bildirib.

Prezident əlavə edib ki, regiondakı vəziyyətə istənilən bəhanə ilə kənar müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər.

O, Avropa ölkələrinə İrana münasibətdə yürütdükləri siyasəti yenidən nəzərdən keçirməyi tövsiyə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Məsud_Pezeşkian#Antoniu_Koşta#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İsrail

Oxşar Xəbərlər