
Piyada keçidi ticarət obyektləri ilə zəbt olunub - Sakinlərdən ŞİKAYƏT
Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində "Pasyolka Kirov" adlanan ərazidə yerüstü piyada keçidinin qanunsuz şəkildə ticarət obyektləri ilə zəbt olunduğu iddia edilib.
Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində "Pasyolka Kirov" adlanan ərazidə yerüstü piyada keçidinin qanunsuz şəkildə ticarət obyektləri ilə zəbt olunduğu iddia edilib.
Bu barədə Gundem.today-a şikayət ünvanlayan sakinlər məlumat veriblər.
Onlar bildiriblər ki, sözügedən ərazidə vətəndaşların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş yerüstü piyada keçidi təyinatından kənar şəkildə istifadə olunur:
"Keçidin daxilində pərakəndə satış məqsədilə, xüsusilə ətir satışı ilə məşğul olan vitrinlər və piştaxtalar quraşdırılıb. Bu hal hərəkəti məhdudlaşdırır, obyektlər keçidin piyadalar üçün nəzərdə tutulan sahəsini daraldır, nəticədə keçiddə sıxlıq yaranır və sərbəst hərəkət çətinləşir. Həmçinin qapalı keçid şəraitində ətir qoxularının kəskin intensivliyi orada hərəkət edən asmadan əziyyət çəkən vətəndaşlar və azyaşlı uşaqlar üçün sağlamlıq riski yaradır. Habelə keçid daraldığı üçün fövqəladə hallar baş verərsə, insanların təxliyyəsi qeyri-mümkün olacaq".
Sakinlərin sözlərinə görə, satıcılara irad bildirsələr də, onlar aqressiv münasibət göstərir və iradlara əhəmiyyət vermədən fəaliyyətlərini davam etdirirlər:
"Biz keçidə baxış keçirilməsini və obyektlərin yığışdırılmasını istəyirik. Keçidin təyinatı üzrə (yalnız piyadaların hərəkəti üçün) istifadəsi təmin edilsin".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətRektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi - FOTO
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.
CəmiyyətBakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək.
CəmiyyətYenilənən İslam Səfərli küçəsindən FOTOLAR
Dünən Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı olub. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.
CəmiyyətLənkəranda tanınmış iş adamı ÖLDÜ - FOTO
Lənkəranda tanınmış iş adamı ölüb.