
Poqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb.
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb.
Gundem.today-ın Championat.com nəşrinə istinadən xəbərinə görə, bu barədə Poqba "L1+" kanalının proqramında danışıb.
"Mən sosial şəbəkələrdə və stadionlarda azarkeşlərimdən aldığım sevgini görəndə dayana bilmirəm, insanlara sevinc bəxş etmək istəyirəm", - deyə Poqba bildirib.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilib, lakin sonradan cəzası 18 aya endirilib.
Futbolçu iyun ayında "Monako" ilə müqavilə imzalayıb.
Qeyd edək ki, "Mets" - "Monako" matçı mayın 2-də şənbə günü baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"in kapitanı Daniel Karvaxalın ayağında yenidən CİDDİ ZƏDƏ
"Real Madrid"in 34 yaşlı müdafiəçisi və kapitanı Daniel Karvaxal ciddi zədə alıb.
İdman"Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
İdman"Formula-1"in sabiq pilotu vəfat etdi
"Formula-1"in sabiq pilotu, Paralimpiya Oyunlarının dördqat qalibi olan italiyalı Aleks Dzanardi 59 yaşında dünyasını dəyişib.
İdmanRobert Levandovskinin növbəti klubu İtaliyada ola bilər
Hücumçu Robert Levandovski karyerasını "Yuventus"da davam etdirə bilər.