
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
"Sülh danışıqları nəticəsiz qaldığı üçün ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər".
"Sülh danışıqları nəticəsiz qaldığı üçün ABŞ və İran arasında hərbi əməliyyatlar yenidən başlaya bilər".
Gundem.today xəbər verir ki, bu barədə "Xatəm əl-Ənbiya" mərkəzi qərargah rəhbərinin müavini, general Məhəmməd Cəfər Əsədi bildirib.
"İran ilə ABŞ arasında münaqişənin yenidən alovlanması mümkündür və mövcud məlumatlar sübut edir ki, ABŞ tərəfi heç bir razılaşma və ya vədinə əməl etmir", - deyə general qeyd edib.
Onun sözlərinə görə, ABŞ rəsmilərinin bəyanatları və addımları daha çox mediaya hesablanıb. Bunun əsas məqsədi neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq və özlərini saldıqları çətin vəziyyətdən çıxış yolu tapmaqdır.
Bununla yanaşı, Əsədi əlavə edib ki, İranın Silahlı Qüvvələri amerikalıların istənilən addımlarına qarşı tam hazırdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYəmən sahillərində dəniz quldurları neft tankerini ələ keçiriblər
"M/T EUREKA" tankeri Yəmən sahillərində naməlum silahlıların hücumuna məruz qalıb və ələ keçirilib.
DünyaRusiyada gömrükçülərə PUA-ları vurmağa icazə verildi
Rusiya Prezidenti Vladimir Putin gömrük orqanlarına pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparmaq səlahiyyəti verən qanuna imza atıb.
DünyaDonald Tramp idrak testindən keçdi: Ağ Ev liderinə hansı suallar verilib?
ABŞ Prezidenti Donald Tramp özünü idrak testindən sınaqdan keçən yeganə ABŞ lideri adlandırıb.
DünyaKİV: Almaniya müharibəyə hazırlıq görür
Almaniya mülki infrastrukturunu Avropada baş verə biləcək potensial hərbi münaqişəyə hazırlamaqdadır. Lakin hərbiləşdirmə prosesi üçün dövlət büdcəsində vəsait çatışmadığından, hökumət bu işə özəl sektoru cəlb etməyə çalışır.